Bakı. 2020-ci il. Karantin rejimində səs-küysüz aprel günləri. Küçələrdə kimsə görünmür. Piştaxtalarda mallarını qoyub “evdəqal”a qoşulan satıcılardan maraqlı mühafizə tədbirləri.
Bu güllərin sahibi olan satıcı qadın işdə olmadığı müddətdə dəhşətli qarğışla öz məhsullarını qorumağa çalışır. Ancaq.., kim zəmanət verə bilər ki, ərini və 2-3 uşağını atıb sevgilisi ilə qaçan qadınlar və gündə bir eşqə düşən kişilər dövründə bu üsullar effektli ola bilər?!
İKSmedia.az