AXTAR

Antarktidada “orta əsr qəsrinin” xarabalığı tapılıb

orta esrler xaraba

 

Tədqiqatçılar Antarktida ərazisində orta əsr qəsrinə bənzəyən qədim binanın xarabalığını aşkarlayıb.
News.rambler.ru saytı xəbər verir ki, nəhəng simmetrik tikililər “Google Earth” layihəsinin üçölçülü kameraları tərəfindən qeydə alınıb. Ekspertlər belə binaların yalnız insanlar tərəfindən tikilə biləcəyini ehtimal edirlər. Bu kəşf keçmiş zamanlarda qitədə yaşayışın olması barədə nəzəriyyəni təsdiqləyir.
Bir qədər əvvəl isə Antarktidada qədim insan sivilizasiyasına məxsus piramidaların tapıldığı xəbər verilmişdi. Hələ 1513-cü ildə Osmanlı İmperiyasının dənizçisi admiral Piri Rəis tərəfindən Antarktidanın və oradakı yaşayış məskənlərinin təsviri olan xəritə tərtib edilmişdi.
Antarktida 1820-ci ildə Faddey Bellinsqauzen və Mixail Lazarevin ekspedisiyası tərəfindən kəşf olunub.

Oxşar məqalələr