AXTAR

Ərdoğan BMT-də dəyişikliklərin edilməsini istəyir

erdogan

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının (TŞ) dəyişdirilməsi təklifi ilə çıxış edib. R.T.Ərdoğan bu quruma 20 ölkənin daxil olmasını təklif edib.
Türkiyə prezidenti deyib: “Mən dünya ictimiayyətini birləşməyə və BMT-də islahatlar keçirməyə çağırıram. BMT Təhlükəsizlik Şurası üzvlərinin daimi və müvəqqəti üzvlərə bölünməsini ləğv etmək lazımdır”.
R.T.Ərdoğan BMT TŞ-da təmsil olunacaq 20 ölkənin hər iki ildən bir dəyişməsini də təklif edib.
Qeyd edək ki, hazırda BMT Təhlükəsizlik Şurasına 5 daimi, 10 müvəqqəti üzv daxildir.

Oxşar məqalələr