AXTAR

Ankarada həlak olmuş rus səfirinin adı əbədiləşdirildi

andrey karlovun qtli

 

 

İKSmedia.az RİA Novosti-yə istinadən bildirir ki, Türkiyə paytaxtının Çankaya prefekturası bildirib ki, Müasir incəsənət mərkəzinin sərgi salonu burada qətlə yetirilmiş Rusiya səfirinin adını daşıyacaq.
“Bu namərd hücumun törədildiyi salon həlak olmuş rus səfiri Andrey Karlovun adın daşıyacaq” - deyə, məlumatda bildirilir.
Qeyd olunur ki, sərgi mərkəzi müşahidə kameraları ilə təchiz olunub, bütün ziyarətçilər metaaxtaran cihazla yoxlanılır.
“Mənfur cinayətin baş verdiyi gün mühafizə cinayətkarı saxlayıb, o içəri qayda-qanunla keçə bilməyib. Lakin o, polis vəsiqəsini göstərəndən sonra içəri buraxılıb” sənəddə deyilir.
Bundan bir qədər əvvəl Türkiyə XİN başçısı Mevlud Çavuşoğlu bəyan edib ki, Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə Andrey Karlovun şərəfinə adlandırılacaq.

Oxşar məqalələr