AXTAR

Fransa məhkəməsi BVF-nun başçısını səhlənkarlıqda günahlandırıb

Kristina Laqard

 

 

Röyter agentliyi xəbər verir ki, Fransa məhkəməsi Beynəlxalq valyuta fondunun başçısı Kristin Laqardı Adidas şirkətinin satılması işi üzrə səhlənkarlıqda günahlandırıb, lakin heç bir cəza tətbiq etməyib.
Məhkəmə iclasından sonra vəkil bildirib ki, apelyasiya vermək imkanını istisna etmir. Bazar ertəsi öncədən vəkil xəbər vermişdi ki, Laqard Fransanı tərk edib və ABŞ-a uçub.
BVF-nun mətbuat xidmətindən məlumat verilib ki, fondun direktorlar şurası məhkəmənin qərarını müzakirə etmək üçün yaxın vaxtlarda yığışacaqlar.
1993-cü ildə Adidas şirkətinin tanınmış sahibkar, siyasətçi və ölkənin keçmiş prezidenti Nikola Sarkozinin yaxın dostu Bernar Tapiyə satılması məsələsi üzrə məhkəmə araşdırması gedir. Credit Lionnais bankının vasitəçiliyi ilə şirkətin satılmasından sonra Bernar Tapi bankı fırıldaqçılıqda ittiham edib və dəymiş zərərin ödənilməsini tələb edib.
K.Laqard “Bernard Tapi-Credit lyonnais” işində 400 milyon avroluq işə səhlənkarlıqla yanaşmaqda təqsirləndirilirdi. BVF-nin baş direktorunun 1 il həbs və 15 min avro cərimə cəzası alması gözlənilirdi.

Oxşar məqalələr