AXTAR

Avropanın siyasəti özünə qarşı çevrilir

sputnik

 

 

Qərbliləri rusların tək silahı yox, həm də təbliğatı qorxudur
Bu günlərdə Avropa Parlamenti Rusiya təbliğatı əleyhinə heyrət doğuracaq qətnamə qəbul edib. Bununla da avropalı deputatlar Rusiyanın kütləvi informasiya vasitələrinə qarşı “müharibə” elan ediblər. Sənəd müəlliflərinin fikrincə, Rusiya Avropanın müxalifət partiyalarını maliyyələşdirir və “düşmən təbliğatı” aparır. Düzdür, qətnamə nisbi səs çoxluğu ilə qəbul olunub, lakin yalnız tövsiyə xarakteri daşıyır. Bununla belə, qətnamənin məzmunu təəccüblüdür, çünki Avropa Birliyinin özünün apardığı siyasətə qarşıdır.
Qətnamənin adı “Aİ-nin üçüncü tərəfin təbliğatına qarşı strateji kommunikasıyası” adlanır. Polşadan olan deputat Anna Fotıqın təqdimatı ilə qəbul edilən sənəddə “rus təbliğatı” ilə mübarizə İŞİD terror təşkilatı ilə mübarizəyə bərabər tutulur və AB üçün əsas təhdid “Sputnik” informasiya agentliyi, “Raşşın Tudey” televiziyası, “Rus Dünyası” fondu göstərilir.
Rusiya tərəfdən cavab özünü çox gözlətməyib. Agentliyin rəhbərliyi KİV azadlığının məhdudlaşdırılmasına qarşı tədbirlər görülməsi üçün BMT-yə, UNESCO-ya, ATƏT-ə və “Sərhədsiz reportyorlar” təçkilatına müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, qətnamə söz azadlığının Avropa prinsipləri ilə ziddiyyət təşkil edir.
Görəsən, avropalıları bu dərəcədə həyəcanlandıran hansı səbəbdir? Müstəqil alman jurnalisti Holqer Kof əmindir ki, bu sənədin qəbul edilməsində başlıca məqsəd vergi ödəyicilərindən daha çox pul qopartmaqdır. Beləliklə, məlum olur ki, qətnamənin yeganə məqsədi Avroparlamentin xarici işlər üzrə komitəsinin sədri Elmar Brokun media aləmində Sputnik və RT kimi rəqiblərinə qarşı bir neçə dildə fəaliyyət göstərən şəxsi kütləvi informasiya vasitələrinə vəsait cəlb etməkdir.
H.Kofun verdiyi digər məlumata görə Brüsseldə yerləşmiş Demokratiya uğrunda Avropa fondu xüsusi təşkilat Sputnik və RT-yə qarşı özünün analoji layihəsini hazırlayıb. Amma iş burasındadır ki, layihəni hıyata keçirməyə pul tapılmır. Belə olan təqdirdə klassik üsula əl atılır. Vəsaiti vergi ödəyicilərindən qoparmaq qərara alınır. Amma önların səsini bəri başdan önləmək üçün gözlərində qorxu pərdəsi yaradılır. Buyurun, bu da qətnamə! Düşmənin hücumundan qurtulmaq istəyirsinizsə, necə deyərlər, “əliniz cibinizdə olsun”. Bəs, yüksək mənəvi dəyərlər, azad söz, insanların fərdi münasibəti?!
Avropada çox məşhur olan bir məsəl var: pul hər şeyi həll edir. Bəli, avropalılar pulun qüdrətinə inanır və həyatlarını onun üzərində təsəvvür edir və qururlar. Qalan məsələlər, məsələn, dünyaya söz azadlığı haqda uydurmalar ötürmək, hüquq barədə başqalarına ittihamlar yağdırmaq olar, lazım gələndə bunlar yalnız sözdür. Amma pul məsələsində heç nədən keçməzlər. Elə bu qətnamənin qəbul edilməsinin motivi sübut edir ki, dünyada siyasət və mənəviyyat tamamilə kommersiyalaşıb. Amma kommersiyanın arxasında hüquq və azadlıq haqda şüarlarla gizlənmək özünə hörmət edən quruma və ya dövlətə yaraşmaz. Təəssüf ki, ikili standartlar əksər siyasətçilərin ruhuna hopub. Elə Azərbaycan da bu cür siyasətdən az əziyyət çəkmir.

IKSmedia.az

Oxşar məqalələr