Abşeronda dəyirmanın hasarı uçub, 2 nəfər ölüb

meyit.jpg

Abşeronda bədbəxt hadisə baş verib, 2 nəfər ölüb.
APA-nın xəbərinə görə, Xırdalanda dəyirmanın hasarı uçub. Nəticədə iki fəhlə uçqun altında qalaraq, ölüb.
Abşeron rayon Prokurorluğundan APA-ya bildirilib ki, "Arient" MMC-yə məxsus dəyirmanın hasarı aşıb. Nəticədə 1994-cü il təvəllüdlü Rəcəb Cavadov və 1995-ci il təvəllüdlü Sadiq Mehdiyev uçqun altında qalaraq, ölüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanıb.

113 -dən səhifə 135

Oxşar məqalələr