Köçkünlərin məskunlaşdığı binada yanğın: xəsarət alanlar var
Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, dekabrın 18-də saat 19:00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Xocalı (5 ailə), Ağdam (2 ailə) və Laçın (2 ailə) rayon sakinlərinin yaşadıqları "Çiçək-Pioner" düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısaqapanmasından yanğın baş verib.