Başqalarının əlində girov olmaqdan təngə gəlmiş ermənilərin həqiqəti etiraf etməyə başlamaları elə onların öz sıralarından çıxıb əlaltı olmaqdan zövq alan digərlərinin hiddətinə səbəb olub. Erməni KİV-lərinin bəzilərində bu mövzuda hədyan və böhtan yazmağa başlayıblar. Razmik Akopcanyan adlı forpostçu da belələrindəndir. Azərbaycan jurnalistlərini “Bakı cızmaqaraçıları” adlandıran bu daşnakyosunlu müştəbeh yana-yana yazır ki, “onlar məqsədlərinə çatıblar”. Onun-bunun qabağında əyilməkdən başını qaldırıb ətrafda nəyin dəyişdiyini görməyən bu üzdəniraq “millətpərvər” hələ də başa düşə bilmir ki, sadə camaat Qərbin və Rusiyanın əlində alət olmaqdan bezib. Yaşam tərzləri və digərlərindən asılılıq onları həqiqəti etiraf etməyə yönəldib. Onlar azad yaşamaq istəyirlər və Azərbaycana qarşı işğalçılıq siyasətinin onları məhvə doğru apardığını başa düşürlər. Nadan Akop hələ də anlaya bilmir ki, “nə üçün Lusine Nersisyan “alçaq təxribatçı” Vahan Martirosyana müsahibə verib.
O, Nersisyanı dustaqxanaya göndərənləri ittiham etmək əvəzinə bu gənc yazıçının hüquqlarını müdafiə etmək arzusunda olan Aureliya Qriqoriunun, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Malena Mardın qarasınca danışmağa üstünlük verir. Bununla da özünün hansı dəyərlərə qulluq etdiyini sübut etmiş olur. Belə görünür ki, bu qaraçılığı etməyə R.Akopcanyanı məcbur ediblər, yoxsa bu qədər həyasızlıq ona nə verə bilər?
Razmik Akopcanyan Amnesty İnternational təşkilatını da yuyub sərdiyi subyektlərin sırasına qatır. Xəcalət çəkməən Facebook-da Lusine Narsisyanı müdafiə edən həmvətənlərini isə “faydalı avaralar” deyə məsxərəyə qoyur.
Ancaq qatar artıq yola düşüb. Çətin ki, Ermənistanın indiki siyasi hakimiyyəti bu prosesin qarşısını ala bilə. Martirosyanların və Nersisyanların ardıcıllarının artması ehtimalı hazırda Serj Sarkisyan hakimiyyətinin yuxusuna haram qatıb. Yaxşı olar ki, erməni başbilənləri həmvətənlərini söyməkdənsə, siyasətlərini dəyişmək barədə fikirləşsinlər, sonra gec olacaq.
İKSmedia.az