Puerto-Rikanın nümayəndəsi Stefani Del Valle ABŞ-da keçirilən “Dünya gözəli-2016” müsabiqəsinin qalibi olub. Bu haqda təşkilatçıların Twitter səhifəsində məlumat verilib.
Final beşliyinə Del Valle ilə yanaşı Keniyadan, İndoneziyadan, Dominikan respublikasından və Filippindən olan gözəllər daxil olub. Lakin puerto-rikalı gözəlçə son qiymətləndirmədə hamını üstələməyi bacarıb.
1951-ci ildən keçirilən “Dünya gözəli” müsabiqəsi bu sahədə mövcud müsabiqələrin ən uzunömürlüsüdür.
İKSmedia.az