Azərbaycanda mədəsində ağrılar hiss edən yeniyetmə qızın mədəsindən tük topası çıxıb. İKSmedia.az xezerxeber-ə istinadən xəbər verir ki, uşaqlarının günü-gündən arıqladığını və qarnının şişdiyini görən valideynləri onu həkimə aparıblar.
12 yaşlı qızın xərçəng xəstəliyinə tutulması ehtimalı ana-atasını qorxuya salmışdı. Həkim müayinəsindən sonra, onlar eşitdiklərinə inana bilməyiblər.
Məlum olub ki, qız "Trikofaji" adlı saç yemək xəstəliyindən əziyyət çəkir. Saç mədəni bötüvlükdə tutduğundan o yemək yeyərkən qaytarır. Qızlarının illərdir saç yediyindən xəbər tutan valideynləri həkim məsləhəti ilə onu əməliyyat etdiriblər.
Beləliklə də, qızın mədəsindən 1 kq-a yaxın ağırlığı olan tük topası çıxarılıb.
Həkim Toğrul Ömərovun sözlərinə görə, qızın çəkisi normaya düşəcək. Sadəcə belə insanlara əməliyyatdan sonra psixaloji yardım tələb olunur. Psixoloqun köməkliyi ilə onların bu vərdişlərindən azad olunmaları mümkündür.