Bəşər Əsəd rejiminə bağlı hərbçilərin və və rejim tərəfdarı olan xarici terrorist qrupların hücumları nəticəsində böyük dağıNtıya məruz qalan Hələb şəhərinin şərqi sanki xarabalığa bənzəyir.
Xezerxeber.az Anadolu Agentliyinə istinadən məlumat verir ki, görüntülərdən aydın olur ki, şəhərdən əsər-əlamət qalmayıb: bütün yaşayış binaları, tarixi yerlər, abidələr və sair tikililər dağıdılıb, yerlə-yeksan edilib. Amma bütün bunlara baxmanaraq xalq Daret İzzətdə çətin də olsa evlərini tərk etmək istəmir və yaşamağa davam edirlər. Enerji kəsintisi də soyuq qış günlərində insanlara çətin günlər yaşadır.