Bakıya gələn avtobus yolda "dondu" - 27 DƏRƏCƏ ŞAXTADA ÖLÜMLƏ ÜZ-ÜZƏ
Avtobus və sərnişinləri ilə bağlı bəzi məqamlar məlum olub.
Iksmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə dünən gecə saat 1 radələrində Stavropol diyarında, Koçubey-Zelenokumsk-Mineralnıye Vodı magistralında baş verib. Avtobus hərəkətdə olarkən qəfil dayanıb. Məlum olub ki, avtobusun yanacağı donub. Yolun ortasında ölüm təhlükəsiylə üz-üzə qalan sərnişinləri Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsinin əməkdaşları xilas ediblər. Hadisənin baş verdiyi Stavropol diyarı Budyonovsk rayonunun rəhbərliyi sərnişinləri dərhal yaxınlıqdakı Starodubskoye kəndində yerləşən 6 saylı "Kolokolçik" adlanan uşaq bağçasına yerləşdirib.
MTRŞ: Qanunsuz kabel televiziyalarının işinə hüquq-mühafizə orqanları baxacaq
Milli Televiziya və Radio Şurası (MTRŞ) Bakıda qanunsuz fəaliyyət göstərən kabel televiziyaları ilə bağlı hüquq-mühafizə və vergi orqanlarına müraciət edib. Bunu Trend-ə MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.
N.Cavadov bildirib ki, qanunsuz kabel televiziyaları xüsusən yeni tikilən binalarda fəaliyyət göstərir: “Yeni bina tikiləndə heç bir lisenziya olmadan gəlib qurğular qoyaraq qanunsuz kabel televiziyası yayımı ilə məşğul olurlar”.
Başı biznesə qarışan AzTV sədri yenə gündəmdədir
Son illərdə ən çox tənqid olunan məmurlardan biri – AzTV sədri A.Alışanov yenə medianın “qəhrəmanına” çevrilib. Müğənni Aslan Hüseynovun onun barəsində etdiyi tənqidi çıxışın videosu yenidən Yutub-dan götürülərək sosial şəbəkələrdə yayılır. AzTV rəhbərinin nəzakətsiz davranışda, həmçinin “mədəniyyətsizlikdə və səviyyəsizlikdə” ittiham olunduğu bu çıxışa son iki gündə 250 min istifadəçi baxıb, ona ünvanlanan minlərlə tənqidi şərh yazılıb.
Yaxın günlərdə AzTV-nin tanınmış rejissoru, əməkdar incəsənət xadimi Nazim Zeynalov da işdə üzləşdiyi ədalətsiz münasibətə görə Arif Alışanova mətbuat vasitəsilə müraciət etmək məcburiyyətində qalıb. Rejissor mətbuata açıqlamasında deyib ki, bir il əvvəl xüsusi olaraq yenidən işə dəvət edilib, lakin indi ona normal çalışmaq üçün imkan verilmir. Sədrin çevrəsindəki vəzifəli şəxslərdən şikayətlənən N.Zeynalov proqram direktoru, “səriştəsiz və qeyri-peşəkar” adlandırdığı İlham Alışanovu adlı şəxsi tənqid edib.
Daha çox məqalə...
93 -dən səhifə 135