Başı biznesə qarışan AzTV sədri yenə gündəmdədir

Alisanov.jpg

Son illərdə ən çox tənqid olunan məmurlardan biri – AzTV sədri A.Alışanov yenə medianın “qəhrəmanına” çevrilib. Müğənni Aslan Hüseynovun onun barəsində etdiyi tənqidi çıxışın videosu yenidən Yutub-dan götürülərək sosial şəbəkələrdə yayılır. AzTV rəhbərinin nəzakətsiz davranışda, həmçinin “mədəniyyətsizlikdə və səviyyəsizlikdə” ittiham olunduğu bu çıxışa son iki gündə 250 min istifadəçi baxıb, ona ünvanlanan minlərlə tənqidi şərh yazılıb.
Yaxın günlərdə AzTV-nin tanınmış rejissoru, əməkdar incəsənət xadimi Nazim Zeynalov da işdə üzləşdiyi ədalətsiz münasibətə görə Arif Alışanova mətbuat vasitəsilə müraciət etmək məcburiyyətində qalıb. Rejissor mətbuata açıqlamasında deyib ki, bir il əvvəl xüsusi olaraq yenidən işə dəvət edilib, lakin indi ona normal çalışmaq üçün imkan verilmir. Sədrin çevrəsindəki vəzifəli şəxslərdən şikayətlənən N.Zeynalov proqram direktoru, “səriştəsiz və qeyri-peşəkar” adlandırdığı İlham Alışanovu adlı şəxsi tənqid edib.

Ardını oxu...

Trampla Putin nə barədə danışıblar?

tramp putin

Rusiya prezidenti Vladimir Putin şənbə günü axşam ABŞ prezidenti Donald Trampla keçirdiyi telefon danışıqlarında Suriya və Ukraynadakı münaqişələri, həmçinin

şəxsi görüşün keçirilməsi imkanı barədə fikirləri ilə bölüşüblər. Virtualaz.oeg xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Aktual beynəlxalq problemlər, o cümlədən terrorçuluqla mübarizə, Yaxın Şərqdə işlərin vəziyyəti, ərəb-İsrail münaqişəsi, strateji sabitlik və silahların yayılmaması, İranın nüvə proqramı ətrafında vəziyyəti və Koreya yarımadasındakı durumu müzakirə olunub. Ukraynadakı böhranın əsas aspektlərinə də toxunulub. Bu və digər məsələlər üzrə tərəfdaş əməkdaşlığının yaradılması razılaşdırılıb”, - məlumatda deyilir.

Ardını oxu...

95 -dən səhifə 136

Oxşar məqalələr