Erməni jurnalistləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyana təmas xəttindəki döyüşlər və itkilər barədə suallar ünvanlasalar da o, şərh verməkdən imtina edib.
Virtualaz.org xəbər verir ki, Ovanisyana Facebook səhifəsindən təmas xəttində baş verənlərlə bağlı suallar yağdırılır.
Xatırladaq ki, erməni qüvvələri bu gün bir hərbçinin öldüyünü, digərinin ağır yaralandığını açıqlayıblar. Ölən hərbçi “müqavilə əsasında xidmət keçən” Qexam Manukyan olduğu bildirilirdi, lakin mənbələrimiz dəqiqləşdirib ki, o, podpolkovnikdir, mühəndis-istehkam qoşunlarının rota komandiri olub. Ağdərə rayonundandır və aprel döyüşlərinin iştirakçısıdır.
* * *16:59
Qarabağda gedn döyüşlərdə erməni ordusunun mühəndis qoşunlarının 38 yaşlı podpolkovniki Qexam Manukyan da ölənlər arasındadır.
Bu barədə virtualaz.org-a Qarabağdakı mənbələr bildiriblər. O, mühəndis-istehkam qoşunlarında xidmət edirmiş. Mənbələrin bildirdiyinə görə bu gün səhər saatlarından etibarən Xankəndi hospitalına yaralılar daşıyırlar. Hospitalda yaralıların sayının getdikcə artdığı bildirilir, morqda isə azı 5 əsgər cəsədi var. Mənbəmiz həmin hərbçilərin adlarını və soyadlarını dəqiqləşdirməyə çalışır.
* * *14:21
Ermənistan işğalçı qüvvələri təmas xəttinin şimal (Talış-Goranboy) və şimal-şərq (Ağdərə) istiqamətində itki verib.
Virtualaz.org xəbər verir ki, separatçı erməni rejiminin “müdafiə nazirliyi”nin bildirdiyinə görə bu gün fevralın 8-də saat 11.00 radələrind təmas xəttinin şimal istiqamətində 1979-cu ildə anadan olmuş, müqavilə əsasında xidmət keçən hərbçi Geqam Manukyan öldürülüb. Bundan əlavə saat 12.00 radələrində təmas xəttinin Ağdərə istiqamətində həqiqi hərbi xidmət keçən əsgər Koryun Kirakosyan ağır yaralanıb.
Erməni KİV-ləri xəbər verir ki, bu gün günorta radələrində Ağdərə istiqamətində yaralanan əsgər Koryun Kirakosyanın vəziyyəti kirtikdir, o, Xankəndi hospitalına çatdırılıb və hazırda əməliyyat olunur. Güllə Kirakosyanın başından dəyib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi ötən gün axşam saatlarında erməni silahlı birləşmələrinin ordumuzun mövqelərinə toplardan və minomyotlardan atəş açaraq diversiya həyata keçirməyə çalışdığını bildirib. Nəticədə düşmən mövqelərinə artilleriyadan cavab zərbələri endirilib, ermənilərin istehkam qurğuları dağıdılıb.