Azərbaycan və Ermənistan xalqları arasında sülh naminə platformanın yaradılması üzrə vətəndaş təşəbbüsünün sıraları genişlənir. İctimai fəalların təşəbbüsünə ölkələrimizdəki nüfuzlu ictimai və siyasi xadimlər qoşulurlar.
Bir müddət öncə platformaya məşhur publisist, üç kitab müəllifi, iqtisadçı Janet Akobyan da qoşulub. O, 1995-1999-cu illərdə Ermənistan hökuməti yanında iqtisadi məsələlər üzrə baş mütəxəssis vəzifəsində çalışıb. Hazırda K.Akobyan Kanadada yaşayır.