Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçiləri ilə İŞİD terror qruplaşmalarının üzvləri arasında şiddətli atışma olub.
"Hürriyet"in verdiyi məlumata görə, atışma nəticəsində Türkiyə odusu da itki verib. Belə ki, 2 türk hərbçisi həlak olub, 15-i isə yüngül xəsarət alıb.
* * *14:15
Türk ordusu bu gün səhər saatlarında Suriyada İŞİD-in nəzarətində olan Əl-Bab şəhərinə girib.
Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, strateji təpələr türk əsgərlərinin nəzarətinə keçib.
Qeyd edək ki, bir neçə gün öncə də oxşar məlumat yayılmış, lakin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı xəbəri təsdiq etməmişdi.
Son məlumatla bağlı isə Baş Qərargahdan bildirilib ki, dünəndən bəri “Fərat qalxanı” əməliyyatları çərçivəsində İŞİD-in 254 hədəfi məhv edilib, 58 terrorçusu zərərsizləşdirilib.
Türk KİV-i həmçinin, döyüşlərin gedişatında türk hərbi qulluqçularının yaralandığını da bildirir, ancaq onların sayı açıqlanmır.