AXTAR

Beynəlxalq yarışlar dərslərə necə təsir edəcək? - Nazirdən açıqlama

Mikayil_Cabbarov.jpg

XəzərXəbər xəbər verir ki, nazirin fikrincə, beynəlxalq idman yarışlarının keçirildiyi coğrafi məkanların yaxınlığında yerləşən təhsil müəssisələrində bu məsələyə baxıla bilər: “Hazırda bu istiqamətində müəyyən işlər həyata keçirilir. Bu məsələlərdə biz çevik hərəkət edirik və həmin ali təhsil müəssisələrinin rəhbərlikləri ilə birlikdə Təhsil Nazirliyi daimi əlaqə yaradır, müzakirələr aparır”.

 

Nazir beynəlxalq idman yarışlarında iştirak edəcək tələbə könüllərinin tədris və imtahanı zamanı hər hansı güzəştlərin ediləcəyi ilə bağlı səslənən fikirlərə də toxunub: “Könüllü təhsil təcrübəsi əslində təhsil təcrübəsinin bir nüsxəsidir. Düşünmürəm ki, tələbə könüllülərin imtahanlarda hər hansı bir güzəştə ehtiyacı olsun. Keçmişdə biz könüllülərlə bağlı belə müraciətlərlə rastlaşmamışıq. Bu məsələlər ali təhsil müəssisələri ilə birlikdə sivil qaydada həyata keçirilir. Analoji şəkildə ali təhsil müəssisələrində təcrübə mövcuddur. Birinci il deyil ki, ölkəmizdə beynəlxalq tədbirlər həyata keçirilir. Ali təhsil müəssisələrimizin və tələbələrimizin gücünə arxalanmalıyıq”.

Oxşar məqalələr