Ermənilər Azərbaycanla Gürcüstan arasındakı “Qırmızı körpü”dən sui-istifadə etməyə çalışır

qırmızı körpü gömrük

Gürcüstanın gömrükçüləri, “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana daxil olmaq istəyən şübhəli şəxslərin təxribat xarakterli cəhdlərinin qarşısını almışlar. Bu barədə “Sputnik Gürcüstan” [1] informasiya agentliyi məlumat verir. Yoxlanış zamanı şübhəli şəxslərin avtomobilində 8,5 min qutu siqaret və 294,9 ədəd pirotexniki vasitə aşkar olunmuşdur. Bunlarla yanaşı, Gürcüstan gömrükçüləri, yarım kiloqramdan çox qızılın, “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən qaçaqmalçılıq yolu ilə Azərbaycana daxil olmasının qarşısını almışlar. Daha sonra gömrük işçiləri, həmin məsələ ilə bağlı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinə müraciət etmişlər.

Qeyd etmək lazımdır ki, ermənilər yenə öz təxribatlarından əl çəkmirlər. “Böyük Ermənistan” adlı çarəsi olmayan bir virusa yoluxan ermənilər, istifadəsi qanunla qadağan olunmuş pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən Azərbaycana daxil etməyə cəhd göstərirlər. Bu gün özbaşnalığın, oğruluğun, qanunsuzluğun, qaçaqmalçılığın və virusun baş alıb getdiyi Ermənistandan hər şeyi gözləmək olar. Qeyd edək ki, 2017-ci ilin sentyabrında, ermənilərin bu səpkidə olan başqa bir təxribatı [2] Gürcüstanın Sadaxlı gömrük-keçid məntəqəsində müşahidə olunmuşdur. Belə ki, həmin vaxt Gürcüstana qanunsuz şəkildə qızıl məmulatlar keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılmışdır.
Hamıya məlumdur ki, hələ 2020-ci ildə, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən tamamilə sıradan çıxarılaraq yararsız vəziyyət salınan Ermənistan müxtəlif yollarla özünə silah əldə etməyə çalışırdı. Həmin vaxt [3] Tonoyan, David Qalustyan və Samvel Karapetyan, Ermənistana qaçaqmalçılıq yolu ilə silah daşınması prosesində fəal şəkildə iştirak etmişdilər. Bununla yanaşı, Mqer Qriqoryan və Savaş Köçəryan da bu prosesdə onlarla əlbir olmuşlar. Həmin vaxt “İqla” adlı zenit-raket komplekslərinin, “Smerç” adlı reaktiv yaylım atəş sistemlərinin, “Kornet” adlı tank əleyhinə olan raket komplekslərinin və s. silahların məhz qaçaqmalçılıq yolu ilə Ermənistana daşınması müşahidə olunmuşdur.
Azərbaycan Ordusu tərəfindən darmadağın olunan erməni vandalları qanunsuz yollarla əldə etdiyi silahlarla dinc əhalini hədəfə almış, ölkəmizə raket zərbələri endirmişlər. Qeyd etmək lazımdır ki, Ali Baş Komandanımız İlham Əliyev [4] 2021-ci ilin iyulun 22-də Gəncə şəhərinə səfər etmişdir. Prezident, Ermənistanın törətdiyi cinayətlərlə, erməni vandallarının atdığı raket zərbələri nəticəsində günahsız mülki insanların məhv olduğu məqamlarla tanış olmuş, həlak olanların xatirəsini ehtiramla yad etmişdir. Qeyd etmək lazımdır ki, təcavüzkar Ermənistanın raket hücumları zamanı aralarında qadın və uşaqların da yer aldığı 26 mülki şəxs həlak olmuş, 142 nəfər [4] isə yaralanmışdır. Erməni terrorçularının namərdcəsinə atdığı raket zərbələrinin nəticəsində şəhərin nəinki mülki infrastruktur obyektləri, həmçinin, tarixi-mədəniyyət abidələri və nəqliyyat vasitələri ciddi şəkildə ziyan görmüşdür. Bu baxımdan onu qeyd etmək lazımdır ki, Xocavənddə, Əsgəranda, Xocalıda, Füzulidə və Cəbrayılda yerləşən abidələrimiz [5] erməni terrorunun qurbanı olmuşdur. Oğruluqla, saxtakarlıqla və talançılıqla ad çıxarmış ermənilər, 400-dən çox mədəniyyət abidələrini “erməniləşdirmiş”, digər abidələri isə məhv etmişlər. Bütün bunlar isə birmənalı şəkildə Ermənistanın qeyri-qanuni fəaliyyətindən, tarixi abidələri hədəfə almasından; “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa konvensiyasını, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa konvensiyasını, “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il tarixli UNESCO konvensiyasını və digər konvensiyaları kobud şəkildə pozmasından xəbər verir.
Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti nəticəsində iki qardaş ölkə olan - Azərbaycanla Gürcüstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri olduqca yüksək səviyyədədir. Bu baxımdan 2021-ci ilin iyulun 14-də Gürcüstanın Tbilisi şəhərinin meri [6] Kaxa Kaladzenin Azərbaycana olan rəsmi səfərini qeyd etmək olar. Həmin səfər zamanı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni möhtərəm Prezidentimiz İlham Əliyev qəbul etmişdir. Prezident İlham Əliyev çıxışı zamanı, Bakı ilə Tbilisi arasında imzalanan qardaşlaşma haqqında sazişin əlamətdar bir hadisə olduğunu bildirmiş; Bakının və Tbilisinin həm tarixi şəhərlər, həm də iqtisadi, siyasi və mədəni mərkəzlər olduğunu vurğulamış; imzalanmış qardaşlaşma haqqındakı sazişdən sonra hər iki ölkə arasındakı münasibətlərin daha da sıx olacağını qeyd etmişdir. Tbilisi şəhərinin meri Kaxa Kaladze isə çıxışı zamanı, Bakının mədəniyyətinə, ənənələrinə, insanlarına valeh olduğunu, şəhərin günü-gündən gözəlləşdiyini; Azərbaycanla Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, həmçinin, bir-birlərinə dost və dayaq olduğunu qeyd etmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycanla Gürcüstan arasında imzalanmış qardaşlaşma sazişi öz-özlüyündə əlamətdar bir hadisədir. Belə ki, bu saziş hər iki qardaş ölkənin daima bir-birinin yanında olmasının və bir-birinə dayaq olmasının, eləcə də Azərbaycanla Gürcüstan arasında möhkəm və sarsılmaz əlaqələrin olmasının daha bir sübutudur.

Kamal SALAYEV

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüestanşünaslıq şöbəsinin mütəxəssisi

 

 

 

 

Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin təntənəli andiçmə mərasimi keçirilib

Prezident İlham Əliyevin 245 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və

bərpa edilməsi haqqında imzaladığı Sərəncamların icrası olaraq, Dövlət Miqrasiya Xidmətində

həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

vq

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanla sıx bağlı olan bu şəxslərin hər birinin ölkədə yaşamasının hüquqi statusu artıq dəyişir. Onlar tam hüquqlu Azərbaycan vətəndaşı kimi sosial, iqtisadi və digər bütün sahələrin imkanlarından yararlana biləcəklər. Xidmət rəisi həmçinin vurğulayıb ki, budəfəki tədbir həm də Vətən müharibəsindən sonra keçirilən ilk andiçmə mərasimi kimi əhəmiyyətlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi şanlı tarixi hadisədir. Vüsal Hüseynov vətəndaşlığa qəbul və bərpa edilənlərdən 11 nəfərinin şəhid və qazi ailəsinin üzvləri olduğunu bildirib. Həmin ailələrdən 3-ünün bugünkü tədbirdə iştirak etdiyini vurğulayıb. Onların hər birinə qəhrəman Vətən övladları yetişdirdiklərinə görə minnətdarlığını ifadə edib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslər təntənəli şəkildə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər. Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdən sonra Vüsal Hüseynov Azərbaycan vətəndaşlığını əldə etmiş və paytaxtda yaşayan qazi ailələrinin üzvləri ilə görüşərək onlara müvafiq arayışları şəxsən təqdim edib. Öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin 30 illik həsrətinə son qoyan igidlərin arasında onların da övladlarının olmasını qürurverici hal kimi qiymətləndirib. Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb.

Vüsal Hüseynov, həmçinin “Azərbaycana Birgə Yardım” Təşkilatının (UAFA) təsisçisi və direktoru Burchell Gwendolyn Trixie ilə görüşüb. Onu Azərbaycan vətəndaşlığını əldə etməsi münasibətilə təbrik edib. Uzun illərdir Azərbaycanda həyata keçirilən layihələrə Təşkilatın verdiyi mühüm töhfələrin təqdirəlayiq olduğunu vurğulayıb. Burchell Gwendolyn Trixie isə öz növbəsində Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa ilə bağlı dövlət başçısının imzaladığı Sərəncamların icrası regionlarda da həyata keçirilib. DMX-nin regional miqrasiya idarələrində andiçmə mərasimləri təşkil olunub. Şəhid və qazi ailələrinin üzvlərinə səyyar xidmətlər göstərilib.

ADF çərçivəsində BTMİF prezidenti Günay Əfəndiyeva ilə Qazaxıstan Respublikasının Baş nazirinin müavini və Qazaxıstanın XİN rəhbəri Muxtar Tleuberdi arasında görüş keçirilib

tf1

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Respublikasının Antalya şəhərində keçirilən Antalya Diplomasi Formunda iştirak edir.

İksmedia.az-ın məlumatına görə, Forum çərçivəsində Fondun prezidenti Günay Əfəndiyeva ilə Qazaxıstan Respublikasının Baş nazirinin müavini və Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi arasında görüş keçirilib.

Görüşdə Fondun qurucu üzv ölkəsi olan Qazaxıstanla təşkilat arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin və genişləndirilməsinin vacibliyi mövzusunda danışıqlar aparılıb.

Günay Əfəndiyeva görüşdə Qazaxıstanla tərəfdaşlıq münasibətlərinin Fond üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, Fond tərəfindən Qazaxıstanın maddi-mədəni irsinin qorunması və təbliği ilə bağlı müxtəlif layihələrin, tədbirlərin keçirildiyini, konfransların, dəyirmi masaların təşkil olunduğunu, kitabların nəşr etdirildiyini bildirib. Fondun prezidenti eyni zamanda Türkdilli ölkələrin, eləcə də Qazaxıstanın zəngin adət-ənənələrinin, tarixinin tanıdılması ilə bağlı gələcəkdə daha çox birgə işlərin görülməsinin bütövlükdə Türk Dünyasının mədəni inkişafına xüsusi töhvələr verə biləcəyini bildirib.

Qazaxıstanın Xarici İşlər Naziri Muxtar Tleuberdi Fond tərəfindən təqdirəlayiq işlər görüldüyünü qeyd edərək, qurumun fəaliyyətini yüksək qiymətləndirib. Nazir türkdilli xalqların bir-birinə yaxınlaşmasında türkdilli beynəlxalq təşkilatların xüsusi rolunun olduğunu bildirib. O, Fondun da bu istiqamətdə fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, təşkilat tərəfindən keçirilən layihələrə dəstək verəcəyini qeyd edib.

Görüşdə tərəflər eyni zamanda Türküstanın Türk Dünyasının mənəvi paytaxtı, Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin təsadüf olmadığını, Şuşanın gələcəkdə Türk Dünyasının mədəni mərkəzlərindən olması üçün birgə səylərin göstərilməsinin önəminə toxunublar.

Səslər tam hesablandı: Paşinyana təkbaşına hökuməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmır

paşa qaldı

Ermənistanda növbədənkənar parlament seçkilərində səslərin 100 faizi hesablanıb.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata əsasən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 53,92 faiz səs toplayıb. Paşinyanın partiyasına təkbaşına höküməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmayıb.

Səsvermədə ikinci yeri 21,04 faiz səslə Robert Koçaryanın "Ermənistan" bloku tutub. Üçüncü yerdə 5,23 faiz səslə Serj Sarkisyanın "Şərəfim var" bloku qərarlaşıb.

Ermənistanda Paşinyana “polad mandat” verdilər-55 faiz!

paşa qalib gəldi

Ermənistanda dünən keçirilən parlament seçkilərində baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası bütün proqnozları alt-üst edərək böyük fərqlə qalib gəlir. Bu gün səhər saat 6.30-a olan məlumatlara görə bülletenlərin 86 faizi sayılmışdı və Paşinyanın partiyası 54.8 faiz səslə qalib gəlirdi. Keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə cəmi 20.3 faiz səs yığmışdı. Artur Vanetsyanın başçılıq etdiyi, digər keçmiş prezident Serj Sərkisyanın dəstəklədiyi “Şərəfim var” bloku isə 5 faizdən bir qədər çox səs toplamışdı və bu nəticə Vanetsyana parlamentdə təmsil olunmağa imkan vermir. Çünki bloklar üçün seçki baryeri azı 7 faizdir. Lakin belə görünür ki, oliqarx Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası partiyalar üçün nəzərdə tutulan 5 faizlik seçki baryerini aşmağa yaxındır. Tsarukyanın partiyası 4.4 faiz səs toplayıb və bütün qalan iştrakçıların topladıqları səslər 2 faizdən aşağıdır.

Nikol Paşinyan dünən gecə, bülletenlərin yarıdan çoxunun sayılmasından və “Vətəndaş müqaviləsi” partiyasının böyük fərqlə irəlidə olduğu bəlli olandan sonra özünün seçki qərargahına gəlib. Çoxsaylı tərəfdarları onu alqışlarla qarşılayıb və təbrik ediblər. Paşinyan toplaşanlara təşəkkür edib və hamını bu gün Respublika meydanına, ona “polad mandat”ın təhvil verilməsi mərasiminə dəvət edib.

paşa seçildi

Belə ki, Paşinyan seçki kampaniyası zamanı öz rəqiblərini və “inqilab işini əngəlləyənləri” əzmək üçün xalqdan “dəmir mandat” istəmişdi. “Dəmir mandat” dedikdə o, səslərin azı 60 faizini almağı nəzərdə tuturdu. İndi belə görünür ki, Paşinyan qələbədən lap cuşa gələrək dəmir yox, polad mandatdan bəhs edib.

O, çıxışında deyib ki, Avrasiya İttifaqı və KTMT ilə əlaqələri yaxşılaşdırmaq, inkişaf etdirmək niyyətindədir. Paşinyan “erməni xalqına dəstəyə görə” Rusiya prezidenti Vladimir Putinə və baş nazir Mixail Mişustinə minnətdarlıq edib. Ardınca Fransa prezidenti Emmanuel Makrona, ABŞ prezidenti Cozef Baydenə, Avropa Komissiyasının rəhbəri Şarl Mişelə, qonşu ölkələrdən İran prezidenti Həsən Ruhaniyə, Gürcüstan baş naziri İrakli Qaribaşviliyə və “məxsusi olaraq” Araik Arutyunyana (Paşinyan onu “dqr prezidenti” kimi təqdim edib,-red.) təşəkkür bildirib.

Qeyd edək ki, Araik Arutyunyan dünən axşam Paşinyanın seçki qərargahında olub.

robert seçilmədi

Robert Köçəryana gəldikdə isə, son saatlara qədər böyük fərqlə qalib gələcəyini əminliklə bildirən keçmiş prezidentin özü hələlik şəxsən nəticələrə münasibət bildirməyib. Onun başçılıq etdiyi blok isə bəyan edib ki, nəticələri tanımağa tələsmir, çünki səslərin sayılması zamanı çoxsaylı şübhəli hallar baş verib. “Ermənistan” bloku bildirir ki, seçki kampaniyası zamanı müxalifətin keçirdiyi izdihamlı aksiyalar, müxtəlif təşkilatların keçirdikləri rəy sorğuları Mərkəzi Seçki Komissiyasının açıqladığı indiki nəticələrlə diametral ziddi idi. “Bu nəticələr olduqca ziddiyyətlidir və etibar ediləsi deyil”,-blok bildirir. Bəyanatda deyilir ki, yüzlərlə seçki məntəqələrindən çoxsaylı pozuntular haqda xəbərlər gəlir və bütün şübhələr aradan qalxmayana qədər nəticələri tanımayacaqlar.

Virtualaz.org

26 -dən səhifə 136

Oxşar məqalələr