Sabahın hava proqnozu

buludlu hava2

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Paşinyan Putinin təklifini qəbul edir: Ermənistanın Azərbaycanla sərhədi sovet xəritələri ilə müəyyənləşəcək

pasha putin

Rusiya prezidentinin danışdığı delimitasiya xəritələri “Ermənistanın inzibati-ərazi bölgüsü haqqında” qanunda təsvir edilən sərhədlərlə 100 faiz olmasa da, 99 faiz üst-üstə düşür. Onlar keçmiş ittifaq respublikalarının xəritələri ilə təxminən eynidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan parlamentində hökumət saatında deyib.

"İnanıram ki, bəli, bu xəritələr lazımdır, bu müzakirələr lazımdır. Rusiyanın... bu prosesə cəlb olunması vacibdir", - Paşinyan qeyd edib.

Ermənistanın baş naziri onu da bəyan edib ki, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası prosesi hüquqi əsası olan sovet xəritələri əsasında aparılmalıdır.

virtualaz.org

Abdullahian İranla Azərbaycan arasında gərginliyin sona çatmasını elan etdi

abdullahian

Azərbaycanla İran arasında açıq müstəvidə getmiş gərginlik mərhələsi başa çatıb. TASS xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda qonşu ölkələrin XİN rəhbərlərinin Əfqanıstandakı vəziyyətə dair iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslarının olduğuna diqqət çəkib.

“Düşünürəm ki, biz açıq gərginlik mərhələsini arxada qoyduq”, - İran XİN rəhbəri qeyd edib.

İranlı nazir vurğulayıb ki, ölkələr arasında mövcud problemlər tədricən həll olunacaq.

Sabah hava necə olacaq

tutqun hava

Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gecə və səhər Lənkəran-Astara zonasında çiskinli olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

“Əli Əkbər Vilayətidən soruşdum: niyə Ermənistana dəstək verirsiniz? Dedi Türkiyənin önünü kəsmək istəyirik...”

vilayati1

Livandakı “Hizbullah” radikal şiə təşkilatının qurucularından biri olan şeyx Tufeyli İranın Qarabağda baş verənlərə münasibəti haqda sensasion açıqlamalar verib. virtualaz.org xəbər verir ki, Şeyx Tufeyli “Anadolu” agentliyinə müsahibəsində bu haqda danışıb.

Ermənistanın 1990-cı illərdə Qarabağı işğal etdiyi zamanlarda İranda olduğunu xatırladan şeyx bildirib ki, o zaman Tehrandakı siyasətçilər və İran mətbuatı bu işğala dəstək verirdi. Şeyx Tufeyli Ermənistanın baş nazirinin “İranın dəstəyi olmasaydı 1990-cı ilin əvvəllərində Ermənistan ordusu məğlub olardı” sözlərini də xatırladıb. Deyib ki, İran Azərbaycan torpaqlarının işğalı üçün Ermənistana hərbi və logistik dəstək verirdi.

vilayati2

“O vaxt (90-cı illərin əvvəllərində) İran xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışdım. “Sizlər nəyə görə xristian erməniləri bu məzlum müsəlmanlara qarşı dəstəkləyirsiniz” deyə soruşdum. Mənə verdiyi cavab hərfən bu cür oldu: Ermənistan SSRİ-dən ayrılan Azərbaycan, Türkmənistan və digər türk cümhuriyyətləri ilə Türkiyə arasında bir əngəl təşkil edir. Dolayısıyla Ermənistana dəstək verərək gücləndirəcəyik ki, Türkiyənin önünü qapatmış olsun. O zaman Azərbaycan hələ yeni dövlət qururdu və orada İsrail adına heç nə yox idi”,-Şeyx Tufeyli deyib.

Livanlı şiə alimi onu da bildirib ki, İran 1996-cı ildə İsraillə anlaşma imzalayaraq işğal altındakı Fələstin torpaqlarında heç bir İsrail əsgərinə zərər verməyəcəyi haqda öhdəlik götürüb. “Bu gün İsrailə görə Azərbaycanla problem yaşadığını deyirsən, amma yalançısan. İranın siyasəti dürüst deyil, dağıdıcı siyasətdir. Bu səbəblə İranın siyasətinin çoxunun heç özünə də fayda vermədiyini görə bilərik”,-o vurğulayıb.

Şeyx Tufeyli “Hizbullah”ı quranlardan biri olub və bu təşkilatın ilk baş katibidir. Lakin 1992-ci ildə “Hizbullah”la yollarını ayırıb.

virtualaz.org

23 -dən səhifə 136

Oxşar məqalələr