Qondarma qurumla işğalçı ölkə arasında ciddi qarşıdurma yaranır

Qarabağ klanının Ermənistanı fəthi və ötənilki süqutu düşmən ölkədə gərginliyi artırır

Ermənistanda çoxdan başlanan qarşıdurma pik nöqtəsinə çatmaqdadır. Əvvəllər gizli olan Qarabağ klanı və İrəvan klanı arasındakı öncüllük savaşı artıq açıq müstəviyə çıxarılıb. Bu haqda erməni cəmiyyətində bərkdən danışılır və irəvanlılar itirdikləri şan-şöhrət və var-dövlətə görə Qarabağ ermənilərindən qisaslarını almağa kökləniblər. Amma məsələnin siyasi şərhi də var. Ermənistanın yeni hakimiyyəti işğalçılıq siyasətinə yeni don geyindirməklə problemi özündən uzaqlaşdırmaq arzusundadır. Buna görə də o, sələflərinin “zibillərini” daşımaqdan xilas olmaq üçün ikibaşlı oyuna başlayıb. Azərbaycanın işğal edilmiş ərazisində yaradılan qondarma respublika ilə münasibətlər bu konteksdə getdicə gərginləşir. Ermənistanda hadisələrin bu cür gedişini “təhlükəli qarşıdurma” kimi qiymətləndirirlər.
Bu günlərdə İrəvanda ordu günü ilə əlaqədar keçirilən yığıncaqda artıq ilk açıq qarşıdurma hadisəsi yaşanıb. Belə ki, baş nazir Nikol Paşinyan “NKR”-in başına öz adamını gətirmək üçün hərəkətə keçib və bu qondarma respublikanın yeni qondarma prezidenti seçiləcək. Hazırda bununla əlaqədar iki istiqamətdə mübarizə qızışır. Birincisi, “prezident” vəzifəsi uğrunda, ikincisi isə köhnə kadrların istefası barədə. Kimlər gedəcək, kimlər gələcək məsələsində ermənilər arasında didişmə gedir. “NKR” təhlükəsizlik şurasının katibi Vitali Balasanyan onun səsləndirdiyi bəzi fikirlərə görə Qarabağdakı vəzifəsindən mümkün istefası haqda jurnalistin verdiyi suala cavabında bunun şayiə olduğunu qeyzlə deyib: “Ermənistandan heç kim mənim istefama səbəb ola bilməz, çünki mən öz öhdəliklərimi yerinə yetirirəm, nə vaxt bunu etməsəm arsax prezidenti müvafiq qərar qəbul edəcək”.

 

pasha balasanyan

Ardını oxu...

Altbölüm

6 -dən səhifə 30

Oxşar məqalələr