AXTAR

Belfortda hadisə: iki yeniyetmə ata-balanı ölümdən qurtarıb

iki yeniyetmə
Fransanın şimal-şərqindəki Burqonye departamentinin Belfort şəhərində yanvarın 10-da gözlənilməz hadisə baş verib. Şəhərin Dus parlənda oynayan iki yeniyetmə- Mateo Klyayn və Kellian Palatin görüblər ki, yaxınlıqdakı donmuş göldə gənc ata və onun kiçik oğlu suya düşərək boğulma təhlükəsi ilə üz-üzə qalıblar. Yeniyetmələr düşünmədən həyatlarını təhlükəyə ataraq ataya köməyə gəlib və 3 yaşlı uşağı xilas etməyi bacarıblar.
Hadisə barədə “Le Fiqaro” qəzetində yazan Maqo d”Ademar bildirir ki, hadisə yerinə gələn Belfort yanğınsöndürənləri yeniyetmələrin cəsurluğuna heyranlıqlarını gizlətməyiblər: “Biz hamımız iki yeniyetmə tərəfindən göstərilən cəsurluq jestinə və igidlik nümunəsinə görə onlara qəlbən və sözsüz minnətdarıq”.
Yanvarın 13-də isə Belfort Departament Şurasının sədri Lüdovik Marin yeniyetmələri göstərdikləri qəhrəmanlığa görə medalla təltif edib. Qəhrəmanlardan biri mətbuata bildirib: “Mən bunu heç gözləmirdim. Kiminsə, sadəcə, ehtiyacı olduğu zaman etdiyim köməyə görə medalla təltif olunmağım mənim üçün inanılmazdır”.
N.NOVRUZ

Oxşar məqalələr