Əsaslı nəticə əldə edə bilməyən İrəvan taktikanı dəyişir, mahiyyəti “fırlatmağa” isə gücü çatmır
Erməni saxtakarlar, erməni lobbisi və havadarları saxta soyqırım iddialarında ciddi bir nəticəyə nail olmadıqlarına görə taktiki gedişlərini dəyişmək qərarına gəliblər. Uzun illər ərzində fırıldaq siyasətlərinin bir nəticə vermədiyindən bu adamlar özləri üçün yekun nəticə çıxarda bilməyiblər. Çünki, məramları olduqca aydındır və məlumdur ki, onların məqsədi təbii və cinayətkar səbəblərdən ölmüş şəxslərin həyatı yox, Türkiyəni kəməndə salmaqla Türk Dünyasına, türk millətinə sarsıdıcı zərbə vurmaqdır. Ermənilər bu məsələdə obyekt deyil, bəhanədir, səbəb isə Qərbin Türk sivilizasıiyasını əsarətə almaq iddiasıdır.
Beləliklə, “soyqırım” iddiasının puçluğu getdikcə daha aydın görünür və bu səbəbdən onun ifadə formasını dəyişib “insanlığa qarşı cinayət” adlandırmaq qərarına gəliblər. Amma bununla mahiyyət dəyişəcəkmi? Axı, I Dünya müharibəsi dövründə Osmanlı İmperiyasında yaşayan ermənilərin xeyli sayda ölməsi situasiyanın doğurduğu hal idi vəermənilərdən də çox sayda türklər digər millətlərin nümayəndələri həmin illərdə həyatlarını itiriblər. Bəli, bütün müharibələr insanlığa qarşı cinayətdir. Amma erməniləri digər millətlərdən fərqləndirərək məhz onların bu cinayətin qurbanı olduqlarını iddia etmək absurdluğun kulminasıya nöqtəsidir. Nə edəsən ki, erməni təfəkkürü bunu anlamaq iqtidarında deyil.
Erməniləri taktikanı dəyişməyə məcbur edən səbəblərdən biri də onların 100 il yox, cəmi 28 il əvvəl Azərbaycanın Qarabağ bölgəsinin kiçik Xocalı şəhərinin əhalisini azərbaycanlı olduqlarına görə kütləvi şəkildə öldürüb, mahiyyət etibarı ilə soyqırım törətməkləridir. Bu gün arxivlərdə elə bie tarixi sənəd yoxdur ki, “eən erməni olduğun üçün öldürülürsın” hökmünü hansısa şəkildə təsbit etsin. Amma Qərbin yüksək tribunasından Ermənistan prezidentləri, yüksək rütbəli cinayətkarlar etiraf ediblər ki, bəli, onlar Xocalı sakinlərini azərbaycanlı olduqlarına görə əzab-əziyyətlə öldürüblər, həm də bundan həzz alıblar. Soyqırım budur və bu etiraflar dünya çatında haqq və ədalətdən danışan beynəlxalq qurumların nümayəndələrinin, insan hüquqlarını qorumaqdan bəhs edən insanların gözləri qarşısında baş verib. Bu istiqamətdə Azərbaycan diplomatiyası soyqırımı tanıtmaq üçün müvafiq iş aparır və nə vaxtsa nəticəsi olacaq.
Ermənilərin bu yeni cəhdi, sözsüz ki, cavabsız qalmayacaq. Ermənistanın qonşularına, xüsusilə də Türkiyəyə və Azərbaycana düşmən münasibət sərgiləməsi, onların torpaqlarını mənimsəmək arzusu ilə yaşaması yalnız onun özünə ziyan vuracaq. Artıq Türkiyədə ermənilərin əsassız iddialarına qarşı vahid mərkəz yaradılması istiqamətində fəaliyyətə başlanılıb. Azərbaycanla birlikdə regionda ermənilərin baş alıb gedən saxtakarlıqlarına həlledici zərbə vurulması mərkəzin əsas işi olacaq. Dünya daha saxtakarlıqlarla yaşaya bilmir. Real iş, fəaliyyət, tarixi gerçəkliyə uyğun siyasət yürütmək zamanın tələbidir. Digər tərəfdən, Türkçülüyə qarşı düşmənçilik edən beynəlxalq qüvvələrə qarşı da Türk dünyası daha mübariz cavablar verməyə qadirdir. Bizim səsimiz eşidilir, Türkiyə-Azərbaycan qardaşlıq birliyi erməni saxtakarlığının qarşısında keçilməz sipər qurub.
İndi sual doğur: Ermənilərin yeni taktikası uğur qazana bilərmi? Bunun qətiyyətli cavabı yoxdur. Ona görə ki, saydığımız səbəblərlə yanaşı Cənubi Qafqazda ermənilərə məxsus torpaq yoxdur və tarixən də ciddi bir dövlətləri olmayıb. Yeni hərəkət istiqaməti yeni də əks-cavab istəyir və bu, Ermənistan respublikasının Azərbaycan torpaqlarında süni şəkildə yaradıldığını təsdiq edən təkzibolunmaz faktların beynəlxalq müstəviyə çıxarılması demək olacaq.
Müasir siyasi gündəımin daha bir maraqlı və güclü nüansı meydana gəlməkdədir. Bu, bədnam erməniliyə qarşı Türkiyə-Rusiya ümumi platformasının yaranması ehtimalıdır. Rusiyanın “gradator.ru” saytı bu istiqamətə həsr edilmiş analitik məqaləsində yazır ki, son vaxtlar erməni KİV-də “erməni məsələsi dünyanın yeni düzəninin qurulmasında həlledici rol alır” kimi qlobal fikirlər tez-tez gündəmə gətirilir. İş burasındadır ki, ermənilik öz məqsədlərinin reallaşmasında təkcə İrəvandakı dövlət ofisinə yox, həm də xaricdəki erməni diasporuna arxalanır. Diasporun simasında isə xarici dövlət nümayəndələri bu prosesə cəlb edilir.
“Dünyanı fəth etməyin” erməni modeli buna əsaslanır ki, əvvəlcə məqsdəin strukturu qurulur, sonra isə müxtəlif yollarla xaricdəki resurslar bu məqsədin həyata keçirilməsinə yönəldilir. Dövlət strukturların erməni təsiri hazırda ən çox Rusiyada intişar tapıb. Hətta erməni lobbisinin və diasporunun nümayəndələri bu ölkədə yüksək postlar tutmaqda ABŞ və bir sıra Avropa ölkələrini geridə qoyub. Hətta Türkiyədə də güclü erməni lobbisi formalaşıb. Artıq Ankarada ermənilərin fəaliyyəti Türkiyənin milli təhlükəsizliyini təhdid etmək səviyyəsinə çatıb. Bu isə Türkiyə hökumətini hərəkətə gətirib və vaxtında təhlükənin qarşısını almaq üçün fəaliyyətə başlanılıb. Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın yanın Yüksək Məsləhət Şurasının toplantısı keçirilib və erməni lobbisinin fəaliyyətinə qarşı mübarizə metodları müzakirə olunub. Məsələ burasındadır ermənilər özləri üçün bir xəritə hazırlayıb və uydurduqları “mifik” Ermənistan dövlətinin sərhədlərinə türkiyə, Azərbaycan torpaqlarını da qatmaqdan çəkinməyiblər. Ermənilər öz əməllərinə necə uyublarsa, mətbuatda yazırlar ki, “Ankara erməni xalqı tərəfdən gələn real təhlükəni hiss edir!”
Bu o deməkdir ki, cəzasız qalan ermənilərin “ayağı yer alır”. İndi onlar Gürcüstan, hətta Rusiyanın cənub regionlarına da iddia etməyə başlayıblar. Buna görə də İrəvan şüurlu surətdə Qarabağ münaqişəsi üzrə sülh danışıqlarını pozmağa çalışırlar. Düşünürlər ki, dünyada Rusiyanın nüfuzu zəifləyir və bundan istifadə edib niyyətləri üçün hansısa dividentlər qazana bilərlər. Həqiqətən Rusiyanın erməni dövlətinə və xaricdəki erməni diasporuna təsiri xeyli zəifləyib. Bun gün erməni lobbisi Rusiyanın dövlət maraqlarına təhlükə doğurur.
Lakin Ərdoğanın erməni lobbisinə qarşı başladığı qabaqlayıcı siyasət ilə əlaqədar Ankara ola bilsin ki, Moskva ilə səylərini birləşdirəcək. Məlumdur ki, ermənilər həmişə Rusiyanı Türkiyə ilə münaqişəyə təhrik ediblər. İndi erməni siyasətçiləri narahat edən budur ki, ola bilər, Ərdoğanın erməni lobbisinə qarşı yaratdığı yeni təşkilat Rusiya ilə əvvəlki iş birliyini bərpa edər.
N.NOVRUZ