AXTAR

Milyarderlərin də ürəkləri döyünür

elisir usmanov


“Həyat əbədi deyil. Mənə bu yolda bir çox insan yardım edib. Ona görə də səhmlərimi ailəm və top-menecerlərimə bağışlamaqla onlara yardım etmək istəyirəm”. Bu sözləri milyarder Əlişir Usmanov “Faynənşl Tayms” nəşrinə açıqlamasında deyib. O, varidatının yarısını doğmalarına, yarısını isə buna layiq olan əməkdaşlarına bağışlamaq istədiyini dilə gətirib.
“Mənim təbiətim belədir. Əgər tale sizə nəyisə bəxş edibsə, bunu paylaşmalısınız”, - deyə o bildirib.
Əlişir Usmanov “USM Holdings” şirkətinin yaradıcısı və əsas səhmdarıdır. Usmanovun varidatı 12,6 milyard dollar dəyərində qiymətləndirilir.

Oxşar məqalələr