Fransa: 2022-ci ilin prezident seçkilərinə indidən ciddi hazırlıq gedir

cekob
Gələn il Fransada növbəti prezident seçkiləri keçiriləcək. Hazırkı prezident Emmanuel Makronun əsas rəqiblərindən biri, bəlkə də birincisi mühafizəkar Respublikaçılar partiyasının sədri Kristian Cekobdur. Mühafizəkarların rəhbəri artıq indidən fəaliyətə başlayıb. O, 65583 üzvü birləşdirən partiyanın fəallarına məktub göndərərək onları “qələbə” axtarışına çağırıb.
K.Cekob partiya fəallarını 2022-ci il prezident seçkisi yolunda onun namizədliyini dəstəkləməyə çağırıb: “Sən mənimlə yanaşı getsən, bilirəm ki, sənin dəstəyinlə qarşıdakı aylarda bizim hamımızın can atdığımız qələbəyə doğru gedən yolda qarşımıza çıxan bütün maneələri dəf etmək üçün bütün vəsaitlərimiz olacaq”. 16 səhifəlik qəzet həcmində olan partiya sədrinin müraciəti iki-üç aydan bir paylanacaq.

Fransızlar “köhnə palanın içini” qurddalayaraq cinayətin üstünü açıblar


Fransanın Le monde qəzetinin “Karaçi işi: Eduard Balladur və Fransua Leotar nəhayət Respublika Ədalət Məhkəməsində mühakimə olunurlar” başlıqlı məqaləsində keçmiş cinayət işinin yenidən gündəmi zəbt etdiyindən yazır.

balladur

(sağda) Balladur və (solda) Leotar


Hadisədən iyirmi beş il keçdikdən sonra keçmiş baş nazir və keçmiş müdafiə naziri 1995-ci il prezidentlik kampaniyasının gizli maliyyələşdirmə sistemində iştirak etdiklərinə görə yanvarın 19-dan “məhşər ayağına” çəkilib. 12 parlamentçi və 3 peşəkar məhkəmə hakimi qarşısında tezliklə 92 yaşı olacaq Eduard Balladıur və 78 yaşlı Fransua Leotar cinayət məsuliyyətinə cəlb ediləcək. Yeri gəlmi8şkən, Eduard Balladur erməni əsilli fransız vətəndaşıdır.
İKSmedia.az

Belfortda hadisə: iki yeniyetmə ata-balanı ölümdən qurtarıb

iki yeniyetmə
Fransanın şimal-şərqindəki Burqonye departamentinin Belfort şəhərində yanvarın 10-da gözlənilməz hadisə baş verib. Şəhərin Dus parlənda oynayan iki yeniyetmə- Mateo Klyayn və Kellian Palatin görüblər ki, yaxınlıqdakı donmuş göldə gənc ata və onun kiçik oğlu suya düşərək boğulma təhlükəsi ilə üz-üzə qalıblar. Yeniyetmələr düşünmədən həyatlarını təhlükəyə ataraq ataya köməyə gəlib və 3 yaşlı uşağı xilas etməyi bacarıblar.
Hadisə barədə “Le Fiqaro” qəzetində yazan Maqo d”Ademar bildirir ki, hadisə yerinə gələn Belfort yanğınsöndürənləri yeniyetmələrin cəsurluğuna heyranlıqlarını gizlətməyiblər: “Biz hamımız iki yeniyetmə tərəfindən göstərilən cəsurluq jestinə və igidlik nümunəsinə görə onlara qəlbən və sözsüz minnətdarıq”.
Yanvarın 13-də isə Belfort Departament Şurasının sədri Lüdovik Marin yeniyetmələri göstərdikləri qəhrəmanlığa görə medalla təltif edib. Qəhrəmanlardan biri mətbuata bildirib: “Mən bunu heç gözləmirdim. Kiminsə, sadəcə, ehtiyacı olduğu zaman etdiyim köməyə görə medalla təltif olunmağım mənim üçün inanılmazdır”.
N.NOVRUZ

Özü yıxılan ağlamamalıdır, amma ağlamaq ermənilərin şakəridir


Ermənistanın siyasi elitası özünə gəlmək istəyir, lakin bunun üçün nə siyasi, nə də iqtisadi resursları var

ermenistan
Azərbaycanın Vətən müharibəsindəki qələbəsi işğalçıya elə bir zərbə vurub ki, çətin ki, bir də xam xəyallara qapıla bilsin. Hətta düşmənin özünün içərisində də az-çox savadı olanlar və siyasətdən baş çıxaranlar etiraf edirlər ki, bütün məğlubiyyətlərin səbəbkarı özləridir. Çünki reallığı görmək, qiymətləndirmək bacarıqları yoxdur və daim xəyallarındakı arzularla yaşayırlar. Təbii ki, insan adlı məxluqlardan təşəkkül tapmış hər bir millət daha yaxşı yaşamaq istəyir. Lakin bu, o zaman gerçəkləşir ki, insanlar özləri əziyyətlə özlərinə şərait yaradırlar. Başqalarının yaratdıqları hesabına yaşamağı arzulayanların oxu həmişə daşa dəyir. Həyatda kiminsə dilənçilərdən xoşu gəldiyini görən olubmu? Hətta xaraktercə zəif olan insanlar da onlara pulu ya təəssüf hissi ilə, ya da hikkə ilə verir. Çünki dilənçilər zəhmət çəkmədən yaşayırlar. Bu fikirləri bəzək üçün yox, reallığın dərk edilməsi üçün xatırlatdım.
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağ üzrə keçmiş müşaviri Jirayr Libaridyanın BBC-yə verdiyi müasibədə qeyd edir ki, Qarabağdakı məğlubiyyət təkcə iqtidarın yanlış hesablamasından qaynaqlanmır. Ermənistanın siyasi spektrinə baxın. Demək olar ki, bütün siyasi partiyalarımız ultra-vətənpərvər düşüncəyə sahibdir. Və onlar beynəlxalq səviyyədə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı formalaşmış rəyi rədd edirdilər. Ona görə də sonluq belə fəlakətli oldu: “İndi Ermənistanda əksər siyasi partiyalar deyir ki, Paşinyan istefa versin, biz iqtidara gələk. Ancaq iqtidara can atanların heç biri problemin həllinə yeni yanaşma ortaya qoya bilmir”.
Yeni yanaşma isə işğala son qoymuş Azərbaycanın qələbə təntənəsinin parametrlərinə uyğun olmalıdır. Əks halda erməniləri yeni məğlubiyyətlər gözləyir. Məsələ burasındadır ki, “Qarabağ münaqişəsi” adlı problem daha yoxdur, bu, çözülüb. Vaxtilə Azərbaycan vətəndaşları olan bir qrup erməninin elan etdiyi qondarma respublika da yoxdur, bu da həyata keçməyən arzular kimi soluxub məhv olub. Artıq Ermənistandan və xarici ölkələrdən zorla Azərbaycanın Qarabağ bölgəsinə gətirillmiş ermənilər də ölkəmizin ərazisini tərk edib və... əksəriyyəti qalıb ortalıqda. Məsələn, Laçın rayonunun Süs və adı dəyişdirilmiş daha kəndində qeyri-qanuni məskunlaşmış ermənilər bu günlərdə İrəvandakı “Eritsardakan” metro stansiyasının həndəvərində mitinq edirlər. Onları işğalçı hökumət avara edib. Belə ki, bir vaxtlar şirnikləndirərək işğal ərazilərinə köçürüb, indi isə həmin adamlar Ermənistana qayıtsalar da, özlərinə yurd-yuva tapa bilmirlər. Digər tərəfdən ölkədə hakimiyyət uğrunda mübarizə kəskinləşdiyindən, indi necə deyərlər, “quyruqları qapı arasındadır”. Əhali ev, çörək, iş istəyir, hökumət isə bunları hardan əldə edəcəyini bilmir, gözünü dükib yollara, yardım gözləyir. Azərbaycan ərazisində qalan ermənilərə isə Rusiyadan gələn yardımlar daha tez çatır, çünki artıq ölkəmizin ərazisindən bizim vətəndaşlarımız sayılan ermənilər istifadə edə bilərlər.
Azərbaycanın qələbəsi Ermənistanı beynəlxalq aləmdə də çətin vəziyyətə salıb. Ordumuz qısa müddətdə ermənilərin o qədər hərbi texnikasını və canlı qüvvəsini sıradan çıxarıb ki, dünyanın ən təcrübəli və mükəmməl ordularının hərbçiləri də buna həsəd aparırlar. Bu gözəl rəydir. Ancaq məsələnin arxa planı da var və bu çox düşündürücüdür. Bu qədər texnikanı Ermənistan silahlı qüvvələri necə əldə edib? Ağlaya-ağlaya, zarıya-zarıya, dilənə-dilənə və xəyallarla yaşayan xaricdəki erməni diasporunun cinayətkar yollarla havayı qazandıqları pullar sayəsində. Deyirlər, “haynan gələn, vaynan gedər”. Ermənilər çox hay-küylə Qarabağın işğalını öz möhtəşəm qələbələri kimi təqdim edir, çalıb-oxuyur, rəqs edirdilər. Ancaq onların oxuduqlarının ahəngi, rəqslərinin alqoritmi yox idi. Başlıcası da bütün bu fəaliyyətin intonasiyası Qarabağa yad idi. Axırı da məlumdur, biabırçı məğlubiyyət.
Bu məğlubiyyətlə ermənilər təkcə özlərini biabır etməyiblər. Onlara texnika verənlər də mat vəziyyətinə düşüblər. Çünki ermənilərə verdikləri, digərlərinə isə satdıqları hərbi texnikanın Azərbaycan ordusunun hücumu qarşısında əlacsız qaldığı bütün dünyaya əyan olub. İndi bu texnikaları kim alacaq?!
“Nezavisimaya qazeta” yazır ki, Azərbaycanın açıqladığı döyüşlərdə məhv edilmiş texnikanın siyahısı Rusiya silahlarının ixracı imkanlarını kardinal şəkildə dəyişəcək: “Azərbaycanın məlumatına görə təkcə tanklar üzrə ermənilərin ümumi itkiləri 350 ədəddən çoxdur. Təxminən bu qədər tank sovet qoşunları Proxorovka ətrafında gedən döyüşlərdə itirmişdi və ya Suriya qoşunlarının 1973-cü ildə Qolan təpələri uğrunda İsraillə müharibə zamanı tank itkiləri bundan az idi. Lakin Qarabağda üz-üzə tank döyüşləri olmayıb. Və Rusiya zirehli texnikasının demək olar ki, hamısı uzaq məsafədən vurulub. İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, nəyə görə cəmi ay yarım ərzində dəyəri 3 milyard dollardan çox olan texnika məhv edilib. Hansı ki, müasir müharibədə bu texnika faktiki olaraq müdafiəsiz qalıb”.
Situasiya elədir ki, Ermənistan “olum, ya ölüm” dilemması qarşısındadır. İrəvan hakimiyyəti ya yeni yanaşma sərgiləməyi bacarıb qonşularının yardımı ilə varlığını qoruyub saxlamalıdır, ya da birdəfəlik tarix səhnəsindən silinməlidir. Dünya birliyi bu ölkənin vəziyyətini acı təəssüf hissi ilə qarşılayır, ona görə ki, özləri öz evlərini yıxıblar. Düzəltmək də özlərinin seçəcəkləri siyasi xətdən asılıdır.
N.NOVRUZ

Dünya Azərbaycanı dəstəklədiyi halda Ermənistan tək qaldı

Gözünü məsləhətləşmələrə dikən düşmən nə edəcəyini bilmir

 

müharibə

 

Müharibə yenidən başlayıb. Erməniliyin Qafqazda tanımadığı hüdudlar onun başına dar edilir. Ermənistan qoşunlarının növbəti təxribatşı hücumuna geniş əks-hücumla cavab verən Azərbaycan ordusunun yarı yolda dayanmaq niyyəti yoxdur. Geniş əks hücumla bağlı Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində qeyd edib ki, bizim istəyimiz olsaydı, hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik, ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur: “Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə, Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır”.
Dağlıq Qarabağın azərbaycanlı icması cəbhədə yaranmış vəziyyət, Ermənistan ordusunun hücumu barədə verdioyi bəyanatda deyilir: “Biz, işğalın və etnik təmizləmənin qurbanı olan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistanın bu hücumunu və törətməkdə davam etdiyi müharibə cinayətlərini ən kəskin formada pisləyirik. Biz, təcavüzkar Ermənistan qoşunlarının bütün işğal etdiyi ərazilərimizdən dərhal çıxarılmasını tələb edirik. Yetər 30 ildir gözlədik, artıq evlərimizə qayıtmaq istəyirik. Keçən illər göstərdi ki, təcavüzkar Ermənistan, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini və digər beynəlxalq təşkilatların sənədlərini ayaq altına ataraq, tapdalanmış hüquqlarımızın bərpasına imkan vermədi”.
Bu fikirlər çılpaq həqiqətdir və dünya birliyi bunu dəqiq bilir. Buna görədir ki, ermənilərin dinc əhalini atəşə tutub qətl törətmələrinə görə Azərbaycan ordusunun hücumu haqlı sayıldığına görə dünya ictimaiyyəti atəşin dayandırılması üçün siyasi qaydalar çərçivəsində çağırışlar edir. Təbii ki, beynəlxalq siyasətin aparıcı qüvvəsi olan dövlətlərin rəhbərləri döyüşlərin gedişini diqqətlə izləyirlər. Burada söhbət təkcə təcavüzkara qarşı zərərdidin cavabı izlənilmir, kimin hansı şəkildə müharibəyə yanaşması əsas şərtdir. Çünki, Qafqazda gözü olan dövlətlər çoxdur. Onlar regiona nüfuz etmək üçün girəvə gəzirlər. Ermənistanın işğalçı siyasəti bunun üçün münbit şərait yaradır. Lakin Rusiyanın Ermənistanı qoltuğuna alması digərlərinə əl-qol açmağa imkan vermir. Müstəqil Azərbaycanın özü və dostları Rusiyanın ölkəmizdə hərbi qüvvə saxlamaq istəyinə göz yummurlar. Vəziyyətin necə olduğunu ermənilər də anlamamış deyillər.
Sentyabrın 27-də keçirilən Ermənistan parlamentinin təcili iclasında “Maariflənən Ermənistan” partiyasının deputat fraksiyasının lideri Edmon Marukyan baş nazir Paşinyandan tələb edib ki, beynəlxalq ictimaiyyətin rəyləri və çağırışları heç nəyi dəyişmir, biz özümüz məsələni birdəfəlik həll etməliyik, Ali Baş Komandan dərhal hücuma keçmək əmri verməlidir: “Uzun illər ərzində Qarabağ ətrafında danışıqları gözləməklə sürüşkən sülh vəziyyəti yaranıb. Ancaq indi hamı başqa dünyada-güc dünyasında yaşayır. Heç kim gəlib kimin haqlı, kimin haqsız olmasını mühakimə etməyəcək, hamı gözləyəcək ki, kim cəbhədə hara qədər irəliləyəcək. Buna görə də bu məsələni biz özümüz həll etməli, sonrakı nəsillərə saxlamamalıyıq”. Fraksiya rəhbəri sözlərinə onu da əlavə edib ki, 2016-ci ilin aprelində olduğu kimi indi-2020-ci ilin payızında deputatlar səhər tezdən dünyanın müxtəlif guşələrinə məktublar göndərirlər, ancaq ölənlər və yaralananlar heç kimin vecinə deyil.
Beləcə, Ermənistanın dünyada təkləndiyini ermənilər özləri də etiraf edirlər. Çünki, haqsızdırlar və təcavüzkardırlar. Üstəlik, həmişə başqalarının yardımı ilə meydana atılırlar., öz güclərinə qalsa heç indiki forpost dövlətlərini də yarada bilməzdilər. Bunlara görə Nikol Paşinya cürət edib “hücum” əmri verə bilməz. Bir də hücuma keçmək üçün əvvəlcə qarşısıalınmaz hücumu dəf etmək lazımdır, bu da Ermənistan silahlı qüvvələrinin imkanı xaricindədir. Artıq Azərbayca ordusunun rəhbərliyi çox qan tökülməməsi üçün bir neçə dəfə erməni komandirlərə təslimolmağı təklif edib. Hətta əsrlərlə beynəlxalq konvensiyalar çərçivəsində rəftar ediləcəyini də vurğulayıblar. Lakin həddən ziyadə qan tökmüş, azərbaycanlıların soyqırımını törətmiş müharibə caniləri hələ ki qorxularından təslim olmaq istəmirlər. Çünki, onları qarşıda ədalər məhkəməsi gözləyir.
Türkiyə hökuməti, prezident Rəcəb Tayyip Ərdoğan, Xarici işlər naziri, müdafiə naziri digər rəsmi şəxslər, habelə müxalifət partiyaları Azərbaycan ordusunun əks-hücumunu dəstəkləyən bəyanatlar verib, daim Azərbaycanın yanında olduqlarını bildiriblər. Hələ ki, Ermənistanın yanında olduğunu bildirən dövlət üzə çıxmayıb. Üstəlik, verilən bəyanatlarda “Ermənistan-Azərbaycan” arasında atəşkəsdən danışılır. Yəni, Ermənistan hücum edir, Azərbaycan isə cavab verir düşüncəsi bütün bəyanatlarda əks olunur.
Azərbaycan haqq yolundadır və şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünü bildirən üçrəngli bayrağımız Qarabağ bölgəsi üzərində vüqarla dalğalanacaq.
N.NOVRUZ

Eldar Həsənov ifadə verdi - "5-ci kolon"un üzvləri ifşa oldu - ŞOK TƏFƏRRÜATLAR

azərparlament


Birinci hesabat
Qırğızıstanda baş verən dövlət çevrilişinin Əli Həsənov və Qurban Məmmədov tandemi ilə nə əlaqəsi var? 2014 və 2015-ci illərin izi ilə…
Bir necə gün öncə keçmiş Baş prokuror, Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinada sabiq səfir olan Eldar Həsənovun həbsi bir çox sirli pərdələrin açılmasına səbəb olub.
Proloq
7 aprel 2010-cu ildə Qırğızıstanda Bakiyev hakimiyyəti devriləndə bu ailəyə yaxın bir çox insan, o cümlədən Prezidentin oğlu Maksim Bakiyevin çevrəsi də həbs edildi. Qırğızıstanda olan qızıl mədənləri çoxlarının, o cümlədən ingilislərin və rusların gözünü qamaşdırırdı. Bu baxımdan geosiyasi maraqlar geoiqtisadi istəklər ilə üst-üstə gəlirdi.
Maksim Bakiyev atasının Prezident olduğu dövrdə Qırğızıstanın İnkişaf, Sərmayə və İnnovasiyalar üzrə Mərkəzi Agentliyinin rəhbəri idi. Bu vəzifədə Maksim 1 il işlədi. Amma buna baxmayaraq, Rusiya mətbuatına istinadən Maksim Bakiyev yalnız 1 il ərzində rəhbərlik etdiyi qurum vasitəsilə 44 milyon ABŞ dolları mənimsədi, daha doğrusu “yudu”.
2010-cu ildə Qırğızstandan qaçarkən Maksim Bakiyev atası ilə Belarusa, ordan isə birbaşa özəl təyyarə ilə Böyük Britaniyaya yollanır. Orada onu qarşılayırlar və … siyasi qaçqın statusu verirlər. Ən maraqlısı o idi ki, sonrakı dövrlərdə Böyük Britaniyada Maksim Bakiyevin Qırğızıstana təslim edilməsi haqda ən çox canfəşanlıq edən ABŞ siyasi və dövlət dairələri idi. Məhz onlar Bakiyevin ekstradisiya məsələsinə baxılmasını israr edirdilər.
Həmin dövrün mətbuatını təhlil etsək görərik ki, Maksim Bakiyev ətrafında olan bütün məsələlər bilavasitə Almaniya, Rusiya, Böyük Britaniya, Qırğızıstan, ABŞ və … Azərbaycan mətbuatında geniş yer alırdı… Maksim Bakiyevi sudan quru çıxarmaq cəhdləri Azərbaycanın bəzi media resurslarında hər gün işıqlandırlırdı və Google axtarış sistemi sübut edir ki, Azərbaycan media resursları Maksim Bakiyevin və onun ətrafının “təmizlənməsində” önəmli yer tuturdu.
Sual yaranır…
Niyə Azərbaycan mətbuatı qaçqın Qırğızıstan Prezidentinə, ələlxüsus onun oğluna bu gədər yer ayırırdı?
“Roza” əməliyyatı
1997-ci ildə Qırğızıstan Xarici İşlər naziri Roza Ottunbayeva Əsgər Akayevin hakimiyyətindən narazılığını bildirsə də, Böyük Britaniyaya səfir vəzifəsinə təyin edilir. 2002-ci ilədək BMT-nin Gürcüstan və Abxaziyada münaqişələrin həlli üzrə xüsusi müşavirinin müavini təyin edilsə də, Böyük Britaniyada yaradılmış əlaqələr ona uzun illər xidmət edəcəkdi. 2004-cü ildə Roza Ottunbayeva Qırğızıstana dönür və müxalif partiyada iştirak etməklə fəal siyasətə atılır.
2005-ci ilin martında Əsgər Akayev hakimiyyətdən devrildi və Kurmanbek Bakiyev ölkə rəhbərliyinə gəldikdən sonra Ottunbayeva yenidən Xarici İişlər naziri vəzifəsini icra etməyə başladı. Lakin Bakiyev ilə yaranmış qeyri-səmimi münasibətlər nəticəsində Parlament onun namizədliyini nazir vəzifəsinə təsdiq etmir və xanım siyasətçı parlamentdə özünə yer tutmaqla kifayətlənir.
Bütün bu dövr ərzində Böyük Britaniyada yaradılmış işbirliyi və geniş əlaqələr onu hər zaman qoruyur və sığortalayır.
“Yevgeniy…Bond”
2005-ci ildə Rusiya Diplomatik Akademiyasının birinci kursundan xaric edilən Maksim Bakiyev əcnəbi ölkələrə səfər etməyə başlayır. Atasının Prezident vəzifəsində olmasından istifadə edərək, 28 yaşlı gənc özünü beynəlxalq məsləhətçi, strateji planlaşdırma üzrə ekspert, geoiqtisadiyyat, marketinq, logistika, keyfiyyət üzrə mütəxəssis və s. kimi təqdim edir. Bu zaman Maksim Bakiyev Rusiya əsilli 1990-ci illərdən ABŞ vətəndaşı olan Yevgeniy Qureviç ilə tanış olur.
Qureviç 2001-2007-ci illərdə ABŞ-ın Virage Consulting Ltd. şirkətinin rəhbəri (idarəetmə konsaltinqi ilə məşğul olurdu), 2006-2009-cü illərdə Asiya Universal Bankının direktoru vəzifəsində çalışıb. Eyni zamanda o, Afrika İnvestisiya Bankının baş vitse-prezidenti, Nyu-York xedj-fondu olan Gamma Square Partners-ın icraçı direktoru və “proqram təminatını hazırlayan offşor şirkəti” olan GSN Tech LLC.-nin direktoru vəzifələrində işləyib.
Bu qədər vəzifələri icra etmək həqiqətən də böyük əlaqələr və yaxud sadəcə yaxşı kamuflyaj tələb edirdi…
Yevgeniy Qureviç MGN Group şirkəti yaradır və tezliklə müəyyən xüsusi xidmətlərin və dairələrin nəzarətinə düşür. Həmin şirkətin rəhbəri olaraq Qureviçin adı italyan mafiyası və bir sıra başqa korrupsiya skandallarında keçir. 2010-cu ildə İtaliya mətbuatının yazdığına görə, Yevgeniy Qureviçin komandası Fastweb və Telecom Italia Sparkle arasında olan sazişdən pulların “yuyulması” üçün kalabriya mafiyasının köməyindən istifadə edərək 2 milrard avro vəsait ofşor hesablara çıxarmışdır. Bununla əlaqədar İtaliya prokurorluğu 56 nəfərin həbsi ilə bağlı İtaliya Senatına mürəciət etmişdir. Qureviç həmin siyahıda idi.
İtaliya hakimi Morcini yazırdı ki, Qureviç İsveçrədə və digər ölkələrdə əlaqələrindən istifadə edərək pulların yuyulması üzrə tanınmış mütəxəssisdir.
Qırğızstanda olan hərc-mərclik Qureviçi və onunla bir necə nəfəri tezliklə həmin ölkəyə gəlməyə “vadar” edir. Qureviç öz köməkçisi, Azərbaycan əsilli Britaniya vətəndaşı Vüqar Xəlilov ilə Bişkekə gəlirlər və burada Vüqar Xəlilov Flexi Communications adlı şirkət qurur. Şirkətin əsas məqsədi Maksim Bakiyevin PR-ı ilə məşğul olmaq, yeni Qırğızıstan hakimiyyətini Qərbdə təmsil etmək olur. Əslində isə Qureviç və onun əməkdaşları sadəcə “pulların yuyulması” ilə məşğul idilər .
Vüqar Xəlilovun Yevgeniy Qureviçin rəsmi təmsilçisi olmasını Rusiyanın “Vedomosti” qəzeti də təsdiqləyir. Qureviç isə özü təsdiq edir ki, “Mən Maksim Bakiyevin komandasının üzvü idim, bəzi sxemləri bilirdim və onlarda iştirak edirdim”.
2009-cu ildə Maksim Bakiyev Yevgeniy Qureviçin təklifi ilə Qırğızıstanın İnkişaf, Sərmayə və İnnovasiyalar üzrə Mərkəzi Agentliyinin yaradılması təkilifini atasına təqdim edir. Kurmanbek Bakiyev təklifi bəyənir və oğlunu quruma rəhbər təyin edir.
Maksim Bakiyevin ilk qərarlarından biri Qırğızıstanın İnkişaf, Sərmayə və İnnovasiyalar üzrə Mərkəzi Agentliyinin aktivlərinin idarə edilməsinin MGN Group-a, yəni Yevgeniy Qureviçə və Vüqar Xəlilova həvalə olunması olur.
“Vüqarlı” oğlan
Maksim Bakiyevin yanına əslən Azərbaycandan olan Britaniya vətəndaşı, həmin dövr üçün jurnalist Sevinc Osmanqızının qaynı olan Vüqar Xəlilov yerləşdirilmişdi. Qısa müddət ərzində Maksim Bakiyevin yaxın adamına çevrilən Vüqar Xəlilov çirkli pulların yuyulmasında iştirak etdiyi üçün 2010-cu ilin aprel ayının 12-də həbs edilir. İlkin məlumata əsasən, Bakiyev bir neçə əməliyyatdan 43.5 milyon dollar vəsaiti yumağa müvəffəq olur.
Həmin dövrdə Vüqar Xəlilovun qardaşı Elçin Xəlilov Londonda BBC Telekanalında işləyirdi. Qardaşının həbs edildiyini görən Elçin Xəlilov dərhal onun azad olunması məqsədi ilə danışıqlara başlayır.
Birinci istiqamət təbii ki, Britaniya müvafiq orqanları idi (burada “kəşfiyyat” sözünü bilərəkdən işlətmirik). İkinci istiqamət isə o dövr Azərbaycanda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri olan Əli Həsənov idi. Xəlilov qardaşlarının Əli Həsənovla bir kənddən olduğunu nəzərə alaraq, qohumluq əlaqələrini istisna edə bilmərik.
Elçin Xəlilovla Əli Həsənov arasında danışıqdan sonra Həsənov dərhal Vüqar Xəlilovun azad olunması ilə bağlı Azərbaycanın Qırğızıstandakı səfirliyi və Rusiya ilə bu istiqamətdə danışıqlar aparır. Qeyd edək ki, Əli Həsənov Rusiya Federasiyasının bir sıra medalları ilə təltif edilmiş insandır. Bu baxımdan, onun Rusiyada xüsusi əlaqələrinin olması təbii haldır. Beləliklə, Xəlilov qardaşlarının gələcəkdə bütün maraqlı tərəflərə işləyəcəyi barədə razılığa gəlinir və həbsindən cəmi 6 ay sonra (2010-cu ilin avqust ayının 6-da) Vüqar Xəlilov azad edilir, xüsusi təyyarə ilə Britaniya xüsusi xidmət orqanlarının müşayiəti altında Londona çatdırılır.
Vüqar Xəlilovun azad edilməsi bir çox müəmmalı sualları ortaya qoyur.
Birincisi, necə olur ki, Yevgeniy Qureviç Qırğızıstan məhkəməsinin qərarı ilə axtarışa verilir, hətta ona qiyabi olaraq hökm oxunur? Vüqar Xəlilov isə onun yaxın adamı olaraq, onun adından çıxış etdiyi halda, bütün proseslərdən hər zaman xəbəri olan adam kimi azadlığa buraxılır?
İkincisi, Qırğızıstanda inqilabi proseslər müxtəlif dövlətlərin siyasi maraqlarının toqquşduğu anda baş verdi. Bu baxımdan, belə proseslər zamanı həbs edilən şəxslər sadəcə bir necə ay sonra azadlığa buraxılırlarsa, o zaman bu, ortada hər hansı bir sövdələşmənin olmasından xəbər verir.
Burda bir haşiyəyə çıxaq.
Jamestown Fondunun analitiki İqor Rotar hesab edir ki, “Bakiyevi sadəcə Qureviç təslim etdi və ABŞ buna reaksiya verməli idi”. Lakin Jamestown Fondunun analitikinin sözlərinə görə, “nəzəri olaraq Manasla (söhbət Manas aeroportundan gedir) bağlı sövdələşmə də mümkündür. Romada (İtaliya) Maksimin adı qaçılmaz olaraq orada ortaya çıxacaq”, – İqor Rotar DW-yə verdiyi müsahibədə belə söyləmişdi. Cünki ABŞ Manas aeroportunu Tranzit Mərkəzindən istifadənin, o cümlədən Əfqanıstandan qoşunların çıxarılmasından sonra da perspektivin qorunmasına böyük əhəmiyyət verirdi. Bakiyev isə burada ikili oyun oynadı və nəticədə həm Rusiyanı, həm də ABŞ-ı razı salaraq sadəcə varlanmağa davam etmək istədi. Bütün bu oyunların içində sözsüz Yevgeniy Qureviç və onun komandası var idi.
Beləliklə…
Çirkli pulların yuyulmasında ittiham edilən şəxsin, hər iki Bosun (Maksim Bakiyev və Yevgeniy Qureviç) qaçdığı anda Vüqar Xəlilovun həbsdən azad edilməsi geosiyasi danışıqların nəticəsi idi.
Beləliklə, Vüqar Xəlilov Böyük Britaniya vətəndaşı olaraq Qırğızıstanda həbs edilir. Kurmanbek Bakiyevin devrilməsində Rusiya xüsusi xidmət orqanlarının rolu az deyildi. Cünki Maksim Bakiyev öz biznes tərəfdaşı olan Yevgeniy Qureviç ilə Manas aeroportunun rəhbərliyində təmsil olunduğu zaman böyük qonşuların geosiyasi maraqlarına zidd addımlar atmışdır. Qırğızıstandan qaçandan sonra Qureviç dələduzluğa görə Alabama ştatının (ABŞ) Montgomery şəhərində həbs edilir və yalnız 2018-ci ildə həbsdən buraxılır.
Burada Roza Ottunbayevanın uzun illər Böyük Britaniyada çalışdığını və Kurmanbek Bakiyev Bişkekdən Minskə qaçdığı zaman yenidən Ottunbayevanın hakimiyyətə gəldiyini yada salmaq yerinə düşər. Cünki məhz Britaniyada böyük əlaqələrə malik olan Ottunbayevanın Bişkekin Pervomay məhkəməsinin sədrinə zəngindən sonra Vüqar Xəlilovun məhkəmə zalından buraxılması təmin olunur və Vüqar dərhal özəl təyyarə ilə Böyük Britaniyaya çıxarılır. Ordan isə Bakıya gəlir.
Vüqar Xəlilovun ilk işi Qırğızıstandakı çevrilişdən sonra britaniyalıların risk altında olan qızıl mədənlərini dəyərindən çox yüksək qiymətə Azərbaycana satmaq cəhdi olur. Bununla bağlı olaraq Vüqar Xəlilov Əli Həsənov və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov ilə birgə biznes-planlar qurmağa başlayırlar. Bununla yanaşı, bir necə dəfə Londona səfər edən Vüqar Xəlilov orada bir sıra görüşlər keçirərək, Azərbaycanda baş verən ictimai-siyasi proseslər haqda Böyük Britaniyanın müvafiq qurumlarını məlumatlandırır. Bu məlumatların hansı xarakter daşıdığı haqda gələcək yazılarımızda…
Eldar Həsənovun bir necə gün öncə baş vermiş həbsi bir çox mətləblərə aydınlıq gətirir. Aydın olur ki, Eldar Həsənov vasitəsilə Bakıdakı bəzi insanlar Avropada məskunlaşmış müxalifətçilər ilə əlaqələr qurur, onlara tapşırıqlar ötürür və maliyyə imkanlarını əsirgəmirdilər. Bütün bu proseslərin içində ictimai-siyasi işlərlə məşğul olan insanın yer almaması şübhə doğurardı. Çox güman ki, yaxın günlərdə YouTube və sosial şəbəkələrdə Avropada məskunlaşmış müxalifətçilərin Eldar Həsənovun həbsinə yönəlik ehtiraslı çıxışlarını, müdafiə xarakterli video görüntülərini seyr edəcəyik. Bütün bunlar peşəkarcasına Bakıdan hazırlanan tezislər əsasında həyata keçiriələcək. Və tezislərin başında kimin durması artıq aydınlaşır…
2014 – 2015-ci illərdə Vüqar Xəlilov öz qardaşı Azər Xəlilovu və Azər Xəlilovun həyat yoldaşı jurnalist Sevinc Osmanqızını oyuna daxil edir. Ən maraqlısı odur ki, ABŞ-a köçməzdən əvvəl Sevinc Osmanqızı Azərbaycan hakimiyyətinin təbliğatçısı kimi tanınırdı. Hətta CNN telekanalında Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva haqqında müsbət bir verilişin müəllifi idi.
Hər bir sahəyə nəzarət etməyi özünün “borcu” hesab edən Əli Həsənov Avropa və ABŞ-dakı Azərbaycan müxalifətini də öz nəzarətində formalaşdırmağa başlayır. Bu işlərə Avropada geniş əlaqələrə malik olan insanları cəlb edən Əli Həsənov Azərbaycanın bir sıra diplomatik nümayəndələrini oyuna soxur.
Beləliklə, Sevinc Osmanqızının Azərbaycandan ABŞ-a, Qurban Məmmədovun isə Azərbaycandan Avropaya yola salınması əməliyyatı başlayır.
Xəlilov – Osmanqızı cütlüyü Azərbaycan hakimiyyətindən necə pul qazanır?
Sevinc Osmanqızının transferinin ABŞ hökuməti qarşısında legitimləşdirilməsi üçün Əli Həsənov Mirşahin Ağayevdən istifadə edir. Mirşahin Ağayevə Osmanqızını ANS-in ABŞ ofisinin təmsilçisi kimi Vaşinqtona yollamaq tapşırılır və Osmanqızı ABŞ-da yerləşir.
Dərhal bundan sonra Sevinc Osmanqızının həyat yoldaşı Azər Xəlilovun (hazırda ATV kanalının rəhbəri) qardaşı Vüqar Xəlilov Rusiyanın (!) Sputnik İnformasiya Agentliyinin Azərbaycandakı rəhbəri təyin edilir. Azər Xəlilov isə öncə CBC-nin, daha sonra ATV kanalının rəhbəri təyin edilir.
ATV-nin o zaman rəhbəri olan və Əli Həsənovun oyunlarını oynamağa razı olmayan, hətta “professor”un tələb etdiyi “aylıq ödəmə”ni təmin etməyən Vüqar Qaradağlıya qarşı aparılmış çirkin oyun nəticəsində kanala Azər Xəlilov gətirilir.
Maraqlısı odur ki, Vüqar Qaradağlı ölkədə savadlı və peşəkar televiziya işçisi kimi tanınır. O, illər boyu “Lider” kanalına rəhbərlik etmiş, sonralar isə ATV kanalını İbrahimov (Nazim, Tağı, Sahib İbrahimovlar) qardaşlarından sonra inkişaf etdirməyə müvəffəq olmuşdur. Hər zaman ölkə rəhbərliyinin tapşırıqlarını yüksək səviyyədə həyata keçirən Qaradağlı bütün işlərdən uzaqlaşdırılır və yerinə televiziyada xüsusi təcrübəsi olmayan, reklam cəlbetmə işini bilməyən və siyasi rəhbərliyə heç bir özəl yaxınlığı ilə seçilməyən şəxs – Azər Xəlilov gətirilir. Azər Xəlilovu Vüqar Qaradağlıdan fərqləndirən cəhət o idi ki, Azər Xəlilov Əli Həsənovun qarşısında mil dururdu.
Əldə etdiyimiz məlumata görə, Əli Həsənov Vüqar Qaradağlı haqqında ölkə rəhbərliyinə yalan məlumatlar çatdırmış və onun Azər Xəlilov ilə əvəz edilməsinə inandıra bilmişdir.
Azər Xəlilovun CBC-dən ATV-yə transferindən sonra qardaşı Vüqar Xəlilov CBC-yə təyin edilir. Bu təyinatların həyata keçirilməsi üçün Əli Həsənov vasitəsilə ölkə Prezidentinə Xəlilov qardaşlarının saxta uğur hekayələri təqdim edilir.
Ən maraqlısı odur ki, ikili vətəndaşlıq qadağan edilən ölkədə Böyük Britaniya vətəndaşı olan Vüqar Xəlilov öncə Rusiyanın aparıcı təbliğat ruporuna rəhbər, sonra isə Azərbaycanın xaricə yönəlik bir kanalına rəhbər göndərilir.
Belə çıxır ki, Vüqar Xəlilov ya britaniyalıları məharətlə aldadır, ya da öncədən digər ölkələrin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlığı ilə həyat yolunu müəyyənləşdirmişdi. Cünki öncə Qureviç ilə Qırğızıstanda işləyən, sonra həbsdən azad olunması üçün Rusiyanın dəstəyini əldə edən, xüsusi təyyarə ilə Böyük Britaniyaya aparılan və orada bir necə ay saxlanıldıqdan sonra Azərbaycana gətirilən və burada xüsusi imtiyaz və vəzifələrlə mükafatlandırılan adam sadəcə ya bir dahidir, ya da ki…. burada növbəti fikri formalaşdırmağı buraxaq oxucunun öz rəyinə.
Həsənov – Məmmədov – Osmanqızı – Xəlilovların Azərbaycan siyasi palitrasında yeri və rolu haqqında
Qurban Məmmədov Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında “Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsi tələb edir. Nəticədə, Qurban Məmmədovun 150 kvadratmetrlik köhnə mənzili sankı “plana salınır” və əvəzinə ümumi sahəsi 1500 kvadratmetr olan mənzillər verilir. Hazırda Qurban Məmmədovun ailə üzvləri və qohumları həmin mənzillərdə yaşayır.
Əli Həsənov – Xəlilov qardaşları – Osmanqızı – Qurban Məmmədov dördlüyü
Bu dördlük Qərb xüsusi xidmət orqanlarının Azərbaycandan gedən “siyasi mühacirlərə” qucaq açması və onların himayəyə götürülməsi üçün nə tələb olunduğunu yaxşı bilirdi. Əgər ölkə hakimiyyətindən həmin adamlara qarşı təzyiqlər olmasaydı, oyun pozula bilərdi. Bu baxımdan Flexi Communications rəhbəri olmuş Vüqar Xəlilov özünün Avropa və Britaniyadakı əlaqələrindən məharətlə istifadə edir. Bununla bağlı olaraq dəfələrlə Əli Həsənovun Xızıdakı evində görüşlər keçirən Vüqar və Azər Xəlilov qardaşları Skype vasitəsilə Londonda yaşayan qardaşları Elçin Xəlilov ilə növbəti addımları müəyyənləşdirirlər. Aparılan işlərin nəticəsində Azər və Vüqar Xəlilovlara “jurnalistlər” binasında hər birinə 3 otaqlı mənzil verilir. 2015-ci ildə isə Əli Həsənovun təqdimatı ilə Azərbaycan jurnalistikasına heç bir töhfə verməyən Azər Xəlilova “Əməkdar jurnalist” adı verilir…
Beləliklə, öncədən razılaşdırılmış şou başlayır. Əli Həsənov və onun məlum trol ordusu, eyni zamanda Xəlilov qardaşlarının media çevrəsi Sevinc Osmanqızı və Qurban Məmmədovu söyməyə başlayır!
Sosial şəbəkələrin alqoritmi elə qurulub ki, hər hansı bir ictimai fiqura istər yaxşı, istərsə də tənqidi fikirlər yazdığın zaman nəticədə həmin adamın reytinqi daha da çoxalır və o insanın paylaşımlarını daha çox adam görür.
Əli Həsənovun bu oyununa canfəşanlıqla dəstək verən sadə YAP-çılar xəbərsiz idilər ki, onların əziyyətlə etdiyi trolluq və onlara dövlətə sədaqət kimi təqdim olunan bu xidmət nəticəsində Osmanqızı və Qurban Məmmədovun videolarına daha çox insan baxmış oldu və onların izləyiciləri daha da çoxaldı.
Ən son əldə etdiyimiz məlumata görə, Eldar Həsənovun ifadələri əsasında Əli Həsənov istintaqa dəvət edilib və sorğu-suala tutulub. Hazırda Əli Həsənovla bağlı materiallar toplanılır və onun həbsinə hazırlıq gedir. Əli Həsənovun isə iki gün öncə xəstəlik bəhanəsi ilə Azərbaycanı tərk etdiyi bildirilir.

Konkret.az

Erməni xəyanətkarlığını görən Rusiya “yuxudan ayılır”

İrəvanda rus dili yasaqlanır, Moskvada erməni lobbisi tərksilah edilir

fsb

“Mövqe” qəzeti ötən nömrələrində yazmışdı ki, Ermənistan parlamentinin “Audiovizual media haqqında” qanunu qəbul etməklə Rusiya telekanallarının ölkədə sərbəst yayımını əngəlləmək də israrlıdır. Bəlkə də kənardan baxanlar üçün bu adi bir hal kimi nəzərə çarpa bilər. Amma reallıqda məsələ budur ki, Ermənistan Rusiyadan tam asılı vəziyyətdədir və hətta ermənilər başqa ölkənin torpaqlarında özlərinə dövlət “qura bildirklərinə” görə də Rusiyaya minnətdar olmalıdırlar.
İndiyədək bu, məhz belə idi. Ancaq belə görünür ki, ermənilər məqsədlərinə çatdıqlarına görə artıq Rusiyadan üz döndərmək fikrinə düşüblər. Çünki həmişə başqalarının resursları hesabına yaşamağa adət etmiş erməni hakimiyyəti özünə daha varlı ağa tapıb və onun ağuşunda yerini tam rahatlamaq zamanı çatdığını düşünür. Rus dilinin ölkə ərazisində sıxışdırılması da bu məqsədə xidmət edir.
İndi sual yarana bilər ki, bəs, Rusiyaya bütün parametrlər üzrə bağlı olan Ermənistranda bu güc hardandır? Rus politoloqlar öz şərhlərində bu suala cavab veriblər. Məsələ burasındadır ki, 2,5 milyonluq əhalisi olan “cırtdan” Ermənistanda ABŞ-ın 2000 nəfər işçisi olan nəhəng səfirliyi fəaliyyət göstərir. Rusiya Yaxın Şərqə, Avropanın cənubuna, Türkiyəyə və İrana, üstəlik bir çox Afrika ölkələrinə nəzarəti Ermənistan üzərindən həyata keçirir. Bu ölkədə yerləşən iki rus hərbi bazası geostrateji siyasətin bazis nöqtəsidir. İndi bu nöqtəni nəinki neytrallaşdırmaq, hətta önu ələ keçirmək Amerika xarici siyasətinin ən ümdə məsələlərindən birinə çevrilib.
Ermənistan-Rusiya münasibətlərində yaşanan hazırkı gərginlik bu ox üzrə inkişaf edir. Son vaxtlar Rusiya mətbuatını izləyəndə aydın görünür ki, ermənilərin cavabı yüksək instansiyalardan tutmuş elmi tədqiqatçılara, politoloqlara qədər bütün səviyyələrdə qarşılıqlı olaraq verilir. Həm də alçaldıcı və onların iç üzünü açan təhqirlər şəklində. Məsələn, “smi6.ru” saytında Rusiyanın baş prokurorluğunun erməni lobbiçilərindən necə təmişlənməsi barədə böyük məqalə dərc olunub.
“2 gün ərzində baş prokurorluğun 20 rəhbər şəxsi öz kreslolarını tərk edib. Onların əksəriyyətinə ciddi iradlar vardı və bu, hələ də qalır. İşdən azad olunanların arasında təbii sərvətlərdən istifadə və ətraf mühitin qorunması üzrə qanunun tətbiqi üzərində nəzarət idarəsinin rəisi Georgi Avaqumyan da var. İstintaq, dindirilmə və operativ axtarış üzərində nəzarət idarəsinin rəisi Yuri Karapetyan, həmçinin beynəlxalq-hüquqi əməkdaşlıq idarəsi rəisinin müavini Mnasakan Sarkisyan da bu siyahədadır, amma bu, hələ son deyil” – deyə, məqalədə bildirilir. Müəllif yazır ki, forma və iş metodlarına görə “erməni partiyası” adlandırılan cinayətkar qrup hələ də baş prokurorluqda korrupsiya sxeminin əsas halqası olaraq qalır. Onlar prokurorluğun strukturuna elə nifuz ediblər ki, nə qədər işdən azad edilsələr də, köklərini hələ ki, kəsmək mümkün olmayıb. ÜFK DSİO kanalına göndərilən teleqramın müəllifələri erməni lobbisinin prokurorluqdakı fəaliyyətinə dair sensasiyalı məlumatılar veriblər. Teleqramda qeyd edilir ki, “hətta əvvəlki baş prokuror Çaykanın dəstəsi idarədə öz təsirini saxlamaq üçün erməni lobbisinin gücündən” istifadə edir.
Ermənilərin Rusiyaya qarşı xəyanətinə rus tarixçisi Oleq Kuznetsov internetdə “Qarabağ” kanalı açmaqla daha bir zərbə vurub. Bu kanalda ermənilərin Qafqazda gəlmə olduqları, Azərbaycan torpaqlarında erməni dövləti yaratmaqları, Xocalı soyqırımı və digər erməni saxtakarlıqları və cinayətləri faktlarla sübut olunur.
İki ölkə arasında “müharibənini” belə qızışdığı zaman düşünmək olardı ki, İrəvanın siyasi hakimiyyəti geri addım atacaq. Amma yox! Belə görünür ki, Qərb bunlara havadarlıq etməyə ciddi söz verib və tutulan yoldan çəkilməyə ermənilərin imkanı qalmayıb. Ancaq bu, heç də bizə düşmən olan xalqa yaxşı heç nə vəd etmir. Çünki, Qərblə Rusiya arasında ayaq altda qalır. Bu tərəfdən də siyasi hakimiyyəti ələ keçirmək istəyən müxalifət, hakimiyyəti əlində saxlamaq niyyətində olan mövcud hökumət Qarabağ cəbhəsində təxribatlarla rəqiblərini susdurmaq istəyir və Azərbaycanın hücum edəcəyi ilə bağlı bir-birlərinə hədə-qorxu gəlirlər. Təbii ki, əlverişli an olan kimi Azərbbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa etmək üçün cəbhə xəttini yaracaq. Ancaq bunun erməni-rus münasibətlərinə və ya Qərbin İrəvanı cilovlamasına heç bir aidiyyəti yoxdur. Hərçəndi, Ermənistanda siyasi hakimiyyətin taleyi məhz bu məsələdən asılıdır.
N.NOVRUZ

 

Erməni saxtakarlığına qarşı mübarizə təmərküzləşir

Əsaslı nəticə əldə edə bilməyən İrəvan taktikanı dəyişir, mahiyyəti “fırlatmağa” isə gücü çatmır

türk azər birliyi

Erməni saxtakarlar, erməni lobbisi və havadarları saxta soyqırım iddialarında ciddi bir nəticəyə nail olmadıqlarına görə taktiki gedişlərini dəyişmək qərarına gəliblər. Uzun illər ərzində fırıldaq siyasətlərinin bir nəticə vermədiyindən bu adamlar özləri üçün yekun nəticə çıxarda bilməyiblər. Çünki, məramları olduqca aydındır və məlumdur ki, onların məqsədi təbii və cinayətkar səbəblərdən ölmüş şəxslərin həyatı yox, Türkiyəni kəməndə salmaqla Türk Dünyasına, türk millətinə sarsıdıcı zərbə vurmaqdır. Ermənilər bu məsələdə obyekt deyil, bəhanədir, səbəb isə Qərbin Türk sivilizasıiyasını əsarətə almaq iddiasıdır.
Beləliklə, “soyqırım” iddiasının puçluğu getdikcə daha aydın görünür və bu səbəbdən onun ifadə formasını dəyişib “insanlığa qarşı cinayət” adlandırmaq qərarına gəliblər. Amma bununla mahiyyət dəyişəcəkmi? Axı, I Dünya müharibəsi dövründə Osmanlı İmperiyasında yaşayan ermənilərin xeyli sayda ölməsi situasiyanın doğurduğu hal idi vəermənilərdən də çox sayda türklər digər millətlərin nümayəndələri həmin illərdə həyatlarını itiriblər. Bəli, bütün müharibələr insanlığa qarşı cinayətdir. Amma erməniləri digər millətlərdən fərqləndirərək məhz onların bu cinayətin qurbanı olduqlarını iddia etmək absurdluğun kulminasıya nöqtəsidir. Nə edəsən ki, erməni təfəkkürü bunu anlamaq iqtidarında deyil.
Erməniləri taktikanı dəyişməyə məcbur edən səbəblərdən biri də onların 100 il yox, cəmi 28 il əvvəl Azərbaycanın Qarabağ bölgəsinin kiçik Xocalı şəhərinin əhalisini azərbaycanlı olduqlarına görə kütləvi şəkildə öldürüb, mahiyyət etibarı ilə soyqırım törətməkləridir. Bu gün arxivlərdə elə bie tarixi sənəd yoxdur ki, “eən erməni olduğun üçün öldürülürsın” hökmünü hansısa şəkildə təsbit etsin. Amma Qərbin yüksək tribunasından Ermənistan prezidentləri, yüksək rütbəli cinayətkarlar etiraf ediblər ki, bəli, onlar Xocalı sakinlərini azərbaycanlı olduqlarına görə əzab-əziyyətlə öldürüblər, həm də bundan həzz alıblar. Soyqırım budur və bu etiraflar dünya çatında haqq və ədalətdən danışan beynəlxalq qurumların nümayəndələrinin, insan hüquqlarını qorumaqdan bəhs edən insanların gözləri qarşısında baş verib. Bu istiqamətdə Azərbaycan diplomatiyası soyqırımı tanıtmaq üçün müvafiq iş aparır və nə vaxtsa nəticəsi olacaq.
Ermənilərin bu yeni cəhdi, sözsüz ki, cavabsız qalmayacaq. Ermənistanın qonşularına, xüsusilə də Türkiyəyə və Azərbaycana düşmən münasibət sərgiləməsi, onların torpaqlarını mənimsəmək arzusu ilə yaşaması yalnız onun özünə ziyan vuracaq. Artıq Türkiyədə ermənilərin əsassız iddialarına qarşı vahid mərkəz yaradılması istiqamətində fəaliyyətə başlanılıb. Azərbaycanla birlikdə regionda ermənilərin baş alıb gedən saxtakarlıqlarına həlledici zərbə vurulması mərkəzin əsas işi olacaq. Dünya daha saxtakarlıqlarla yaşaya bilmir. Real iş, fəaliyyət, tarixi gerçəkliyə uyğun siyasət yürütmək zamanın tələbidir. Digər tərəfdən, Türkçülüyə qarşı düşmənçilik edən beynəlxalq qüvvələrə qarşı da Türk dünyası daha mübariz cavablar verməyə qadirdir. Bizim səsimiz eşidilir, Türkiyə-Azərbaycan qardaşlıq birliyi erməni saxtakarlığının qarşısında keçilməz sipər qurub.
İndi sual doğur: Ermənilərin yeni taktikası uğur qazana bilərmi? Bunun qətiyyətli cavabı yoxdur. Ona görə ki, saydığımız səbəblərlə yanaşı Cənubi Qafqazda ermənilərə məxsus torpaq yoxdur və tarixən də ciddi bir dövlətləri olmayıb. Yeni hərəkət istiqaməti yeni də əks-cavab istəyir və bu, Ermənistan respublikasının Azərbaycan torpaqlarında süni şəkildə yaradıldığını təsdiq edən təkzibolunmaz faktların beynəlxalq müstəviyə çıxarılması demək olacaq.
Müasir siyasi gündəımin daha bir maraqlı və güclü nüansı meydana gəlməkdədir. Bu, bədnam erməniliyə qarşı Türkiyə-Rusiya ümumi platformasının yaranması ehtimalıdır. Rusiyanın “gradator.ru” saytı bu istiqamətə həsr edilmiş analitik məqaləsində yazır ki, son vaxtlar erməni KİV-də “erməni məsələsi dünyanın yeni düzəninin qurulmasında həlledici rol alır” kimi qlobal fikirlər tez-tez gündəmə gətirilir. İş burasındadır ki, ermənilik öz məqsədlərinin reallaşmasında təkcə İrəvandakı dövlət ofisinə yox, həm də xaricdəki erməni diasporuna arxalanır. Diasporun simasında isə xarici dövlət nümayəndələri bu prosesə cəlb edilir.
“Dünyanı fəth etməyin” erməni modeli buna əsaslanır ki, əvvəlcə məqsdəin strukturu qurulur, sonra isə müxtəlif yollarla xaricdəki resurslar bu məqsədin həyata keçirilməsinə yönəldilir. Dövlət strukturların erməni təsiri hazırda ən çox Rusiyada intişar tapıb. Hətta erməni lobbisinin və diasporunun nümayəndələri bu ölkədə yüksək postlar tutmaqda ABŞ və bir sıra Avropa ölkələrini geridə qoyub. Hətta Türkiyədə də güclü erməni lobbisi formalaşıb. Artıq Ankarada ermənilərin fəaliyyəti Türkiyənin milli təhlükəsizliyini təhdid etmək səviyyəsinə çatıb. Bu isə Türkiyə hökumətini hərəkətə gətirib və vaxtında təhlükənin qarşısını almaq üçün fəaliyyətə başlanılıb. Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın yanın Yüksək Məsləhət Şurasının toplantısı keçirilib və erməni lobbisinin fəaliyyətinə qarşı mübarizə metodları müzakirə olunub. Məsələ burasındadır ermənilər özləri üçün bir xəritə hazırlayıb və uydurduqları “mifik” Ermənistan dövlətinin sərhədlərinə türkiyə, Azərbaycan torpaqlarını da qatmaqdan çəkinməyiblər. Ermənilər öz əməllərinə necə uyublarsa, mətbuatda yazırlar ki, “Ankara erməni xalqı tərəfdən gələn real təhlükəni hiss edir!”
Bu o deməkdir ki, cəzasız qalan ermənilərin “ayağı yer alır”. İndi onlar Gürcüstan, hətta Rusiyanın cənub regionlarına da iddia etməyə başlayıblar. Buna görə də İrəvan şüurlu surətdə Qarabağ münaqişəsi üzrə sülh danışıqlarını pozmağa çalışırlar. Düşünürlər ki, dünyada Rusiyanın nüfuzu zəifləyir və bundan istifadə edib niyyətləri üçün hansısa dividentlər qazana bilərlər. Həqiqətən Rusiyanın erməni dövlətinə və xaricdəki erməni diasporuna təsiri xeyli zəifləyib. Bun gün erməni lobbisi Rusiyanın dövlət maraqlarına təhlükə doğurur.
Lakin Ərdoğanın erməni lobbisinə qarşı başladığı qabaqlayıcı siyasət ilə əlaqədar Ankara ola bilsin ki, Moskva ilə səylərini birləşdirəcək. Məlumdur ki, ermənilər həmişə Rusiyanı Türkiyə ilə münaqişəyə təhrik ediblər. İndi erməni siyasətçiləri narahat edən budur ki, ola bilər, Ərdoğanın erməni lobbisinə qarşı yaratdığı yeni təşkilat Rusiya ilə əvvəlki iş birliyini bərpa edər.
N.NOVRUZ

Altbölüm

3 -dən səhifə 30

Oxşar məqalələr