AXTAR

Koronavirusun dünyaya gətirdiyi bəla

abş

 

Koronavirus pandemiyasının dünya üzrə yayılması ilə bağlı son statistika açıqlanıb.

Axar.az xəbər verir ki, ən son məlumata görə, koronavirusa 614.404 nəfər yoluxub. Onlardan 28.242 nəfər dünyasını dəyişib, 137.329 nəfər sağalıb.

Koronavirusa yoluxma halı yenə ən çox ABŞ-da müşahidə edilir. Bu ölkədə virusa yoluxanların sayı 104.256-ya çatıb. Yoluxanlardan 1.704 nəfər dünyasını dəyişib.

İtaliyada 86.498, Çində 81.394, İspaniyada 72.248, Almaniyada 53.340, İranda 35.408, Fransada 32.964 yoluxma var.

Açıqlanan məlumata görə, gün ərzində ən çox ölüm İspaniyadadır - 552 nəfər (son sutkada 832 nəfər).

İranda bu gün 139 nəfər, Almaniyada isə 48 nəfər bu virusdan dünyasını dəyişib.

Oxşar məqalələr