Fransa jurnalı erməni millətçiliyinin təhlükəsindən yazdı
Fransanın Atlantico adlı jurnalı Ermənistan: "Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri" başlıqlı məqalə yayımlayıb
Məqalədə bildirilir ki, hər hansısa bir Diasporun öz ölkəsinin siyasətinə təsir etmək istəməsi (və ya özünü belə hesab etməsi) normal hal deyil. 2011-ci ildə Tunis, öz əhalisinə nisbətdə xaricdən gələn əcnəbilərin və ikimillilətlilərin parlamentdə ən çox təmsil olunduğu dünya ölkəsi olub. Fransadakı Seneqal diasporasına gəlincə, bu Afrika ölkəsinin prezidentliyə namizədləri onu haqlı və ya haqsız şəkildə, həlledici çəkiyə malik hesab edirlər və onların parlamentdəki təmsilçiliyi 2018-ci ildə iki dəfə artıb.
Hərçənd, bu mövzuda çox qeyri-adi bir hal var: erməni diasporu [Fransada təmsil olunan]. Onun adından danışanların Fransanın siyasi həyatına simvolik və bəzən praktiki təsirinin demoqrafik çəki ilə və hətta Fransadakı Erməni assosiasiyalarının ideoloji bazası ilə heç bir əlaqəsi yoxdur. Onların qəzetləri, hətta saytları 2009-cu ildən oxucu çatışmazlığı səbəbindən bir-bir bağlanıb; 2007-ci ildən bəri Parisdəki nümayişlərinin əksəriyyəti 300-dən çox iştirakçı toplaya bilməyib. Yuxarıda qeyd olunan diasporlardan fərqli olaraq, Fransa və Amerika qitəsindəki erməni diasporu əsasən əcdadları Osmanlı İmperiyasından və ya ondan yaranan ölkələrdən, xüsusən də Livandan olan və buna görə də heç bir erməni milliyyətinə malik olmayan və hətta bu keçmiş sovet respublikasının vəziyyətini dərindən bilməyən insanlardan ibarətdir.
Halbuki, qorxulu şəkildə Ermənistanı ruhlandırdıqdan sonra, erməni diasporası adından danışanların əksər hissəsi seçkilərdən yenicə çıxmış Yerevan hökuməti ilə görünməmiş münaqişə vəziyyətinə düşüblər və bu münaqişədə Fransalı parlamentarilərdən seçici şantajı (yumşaq şəkildə desək) tətbiq edərək, istifadə etməyə çalışırlar. 1992-ci ildə Ermənistan təkcə keçmiş Dağlıq Qarabağ muxtar respublikasını (əsasən Azərbaycan vətəndaşı olan etnik ermənilərin yaşadığı ərazi) deyil, həm də 1989-cu il sovet siyahıya almasına əsasən, əhalisinin yalnız 1%-nin Ermənilərdən ibarət olan 7 ətraf rayonları işğal edib. Azərbaycanlıların əksəriyyəti və ümumiyyətlə müsəlmanlar sürgün və qətliam nəticəsində məhv edilib. BMT Təhlükəsizlik Şurasının 1993 -cü ildə qəbul etdiyi dörd qətnamə və 2008 -ci ildə qəbul edilən Baş Assambleyanın qətnaməsi işğalçı qüvvələrin dərhal geri çəkilməsini tələb etsə də heç bir nəticə verməyib. Bundan başqa, 2015 -ci ildə Avropa Məhkəməsinin Böyük Palatası Ermənistanı bir azərbaycanlı kürd ailəsini ölkədən qovmaqda günahlandırıb.
Erməni diasporu adından çıxış edənlər Ermənistandakı ən millətçi ünsürləri dəstəkləyir, onları barışmaz olmağa təşviq edir və yuxarıda qeyd olunan bütün qərarlara məhəl qoymurlar. Budur qaçılmaz nəticə: daha çox əhalisi olan, daha zəngin, Türkiyə tərəfindən, eləcə də İsrail, Ukrayna, Gürcüstan və Macarıstan tərəfindən dəstəklənən Azərbaycan keçən il beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyan öz səhvlərinin və aldanmalarının miqyasını, eləcə də sələflərinin səhvlərini ölçə bildi. Tamamilə fərqli bir xətt üzrə o, ötən ilin iyununda keçirilən qanunvericilik seçkilərində qalib gəlib. Lakin Fransadakı və Atlantik okeanının o tayındakı erməni assosiasiyalarının əksəriyyəti Paşinyana seçkilərdən qalib çıxdığına görə hələ də düşmən olaraq qalmaqdadır və Paris, Lion və ya Marseldə sərbəst şəkildə oturaraq, öz üzvləri üçün deyil, Ermənistanın özü üçün fəlakət doğura biləcək yeni bir müharibənin başladılmasından danışırlar.
TF1 Fransız Telekanalının rəhbərləri və kanalın jurnalisti Lizeron Budul keçən il ölüm təhdidlərilə hədələnirdi, səbəb isə onların [Qarabağ haqqında Azərbaycan həqiqətlərindən bəhs edən] hazırladığı bir reportajın doğurduğu qıcıq idi. Fransada fəaliyyət göstərən « Libération » adlı jurnalın əməkdaşları ASALA adlı Parisin Orli aeroportunda törədilmiş (8 nərin ölümü ilə nəticələnən ) təxribatla tanınan Ermənistanın terror təşkilatının yenidən yaradılması fikrində olan fanatikləri tərəfindən sui-qəsdlərlə hədələnib : bu jurnalistlər erməni tərəfdən cəlb olunan neonasistlərdən bəhs ediblər. Bu yaxınlarda, aprel ayında siyasətçi Brüno Tertre Facebook üzərindən “Yerkir” adlı Erməni Assosiasiyasının rəhbəri Armen Ğazaryan tərəfindən Ermənistanla Azərbaycan arasındakı münaqişə ilə bağlı müəyyən həqiqəti söyləməyə cəsarət etdiyinə görə hücumlara (təhqirlərə) məruz qalmışdır. Şərhçilərdən biri hətta cənab Tertreyə qarşı sui-qəsdin törədilməsinin lehinə danışıb. Bütün bunlar heç kəsi təəccübləndirməməlidir, çünki Lissabondan olan kamikadze terrorçulara (Erməni İnqilabi Ordusunun 1983-cü ildə Türkiyənin Portuqaliyadakı səfirliyinə intiharçı hücumu) ehtiram hər il tam cəzasız şəkildə Fransa torpaqlarında keçirilir.
Bununla belə, bu cür ehtiram təşkil edənlər bu gün Fransada yerli deputatlar tərəfindən mütəmadi olaraq qəbul edilir, sanki onlar özlərindən başqa bir şeyi təmsil edirlər. Bu kimi yanaşmalar Fransanın milli marağına və sülhə və barışığa ehtiyacı olan Ermənistanın özünə də ziyan vurur. (Trend)