AXTAR

ABŞ-dakı iğtişaşlarda “erməni barmağı”

Məqsəd ermənilərin tələblərini qulaqardına vuran Tramp hakimiyyətinə zərbə vurmaqdır

 

abş

 

 

Bir neçə həftədir ki, Amerika Birləşmiş Ştatlarında küçə iğtişaşları ara vermir. Bu, zənci Corc Floydun polisin zorakı hərəkətləri nəticəsində ölməsinə etiraz olaraq keçirilir. Amma belə bir yoxlanılmış fakt var ki, bu cür etirazların fonunda hakimiyyətin siyasi opponentləri dərhal hərəkətə keçir, öz məqsədlərinə çatmaq üçün kütlələrin fəaliyyətini qızışdırır və bunun üçün külli miqdarda vəsait xərcləyirlər. Təsadüfi deyil ki, ABŞ hökuməti zorakılıqda təqsirləndirilən əsas şəxsi və onun hərəkətinə laqeydlik göstərən daha 4 polis nəfərini məsuliyyətə cəlb etmək üçün cinayət işinin təhqiqatına başlayıb. Lakin buna baxmayaraq mitinq və küçə yürüşləri ölkənin 140 şəhərinə yayılıb.
Aydın görünür ki, Donald Trampın əleyhinə çalışan qüvvələr bu işdə fəallıq göstərirlər.
“ABŞ-dakı kütləvi etirazların arxasında ermənipərəst konqresmen Adam Şiff dayana bilər”-deyə, amerikalı ekspert, hökumətin beynəlxalq işlər, Avropa və Amerikadakı universitetlər və korporasiyalar üzrə strateji məsləhətçisi Piter Teys söyləyib.
“Müasir dövrdə çox təcavüzkar, emosional yüklənmiş kiçik bir qrupun mədəniyyətimizi necə ələ keçirdiyini müşahidə etmək təəssüfləndiricidir. Bu cinayətkarlar bütün ölkəni öz iradələrinə tabe olmağa məcbur ediblər. Bütün bu hərəkətlər o qədər sürətli və elə bir vəhşiliklə baş verdi ki, demək olar, heç kim onları saxlaya bilmədi və onlara qarşı çıxa bilmədi”-deyə, ekspert təəssüflə bildirir.
P.Teysin fikrincə, ABŞ Prezidenti Donald Trump şiddətli kütləvi etirazlara qarşı qətiyyətli və sərt hərəkət edərək qanunu və nizamı qorumaqda liderlik mövqeyi nümayiş etdirib: “Hər şey ilk dəfə Minneapolisdə (Minnesota ştatı) Black Lives Matter təşkilatının aksiyaları ilə başladı. Daha sonra etirazlar Vaşinqton, Çikaqo, Los Anceles, San-Fransisko, Detroit, Charlottesville, Virciniya, Millaukee, Viskonsin də daxil olmaqla bir çox ştatlara yayıldı”. Ekspertin sözlərinə görə, ABŞ Demokrat Partiyasının bəzi nümayəndələri Minneapolisdə quldurlar və mütəşəkkil cinayətkarların hökmranlıq etmələrinə öz töhfələrini veriblər. O, qeyd edib ki, “Prezident Trumpın Ağ Evdə olması birlik, qanunun aliliyi, milli konsensus və ABŞ-ın iqtisadi böyüməsi üçün vacibdir”. Etiraz nümayişləri zamanı polis nın öz vəzifələrini səmimiyyətlə, vətənpərvərlik və milli qanunlara, məhkəmə prosedurlarına uyğun şəkildə yerinə yetirmələrini də Teys xüsusi vurğulayıb.
Lakin bu məsələdə vacib bir detal diqqəti cəlb etməyə bilməz. Bəzi siyasətçilər bu olaylardan öz xeyirlərinə faydalanmağa çalışıblar. Ekspertin dediyinə görə, növbəti seçkilərdə demokratların nümayəndəsi olmağa yaxın olan Co Bayden, konqresmenlər Cerold Levis və ermənipərəst Adam Şiff xüsusi fəallıq göstəriblər. Siyasətçi daha bir təəssüfünü dilə gətirib: “Təəssüf ki, Demokratlar ABŞ-dakı yəhudi-xristian dəyərlərini dağıtmağa və ölkədəki demokratik təsisatların bünövrəsini məhv etməyə çalışırlar. Konqresdəki demokratlar, müxtəlif ştatlarda şiddətli etiraz nümayişlərinin təşkilini stimullaşdıraraq qanunun aliliyini pozurlar”.
Piter Teysin gümanları və mülahizələri boş yerdən qaynaqlanmır. Trampın prezidentliyi dövründə Amerika ermənilərinin oxu daşa dəyib. Onların Trampın qarşısında qoyduğu yersiz tələblər yerinə yetirilməyib. Bir növ, ermənilərin hökmü daha konqresdə keçmir. Məsələn, hər il ABŞ-dan Ermənistan üçün yüz milyonlarla dollar yardım almağa adət etmiş erməni lobbisinin səyləri bu il nəticə verməyib və “2020-ci ildə ABŞ-ın Ermənistana xarici yardımı 6.75 milyon dollar təşkil edəcək”. Bu sözlər erməni politoloq Suren Sarkisyana məxsusdur. Bu dəyişikliyin səbəbini şərh edən Sarkisyanın sözlərinə görə, bu ilk növbədə ABŞ administrasiyasının xarici siyasətdəki prioritetlərə yanaşmasıdır və Ermənistan ABŞ üçün prioritet təşkil etmir. “ABŞ administrasiyasının Ermənistana yardımları azaldacağı gözlənilən idi. Tramp administrasiyası dövründə yalnız prioritet təşkil edən, məsələn, İsrail, Əfqanıstan və digər dövlətlər ciddi yardım alırlar. Ermənistana gəldikdə isə kiçik bir vəsaitlə kifayətləniblər”-deyə, ekspert ölkəsinin dünya meydanında əhəmiyyət daşımadığını etiraf edir.
Təhlükəsizliyə yardım xətti ilə Azərbaycana 100 milyon dollar, Ermənistana isə 0 həcmində vəsait ayrılır. Bu baxımdan Azərbaycan ABŞ üçün daha vacib prioritetdir. Bu ölkələr arasında yüksək səviyyədə təmaslar baş tutub, ciddi müzakirə olunan məsələlər var. Məsələn, Xarici İşlər nazirinin, Müdafiə nazirinin ABŞ dövlət katibi və Müdafiə katibi ilə birgə görüşünü göstərmək olar. Bu görüş bir il əvvəl baş tutub və təbii ki, Azərbaycan Əfqanıstan məsələsində ciddi yardım edir, bu da ABŞ tərəfindən yüksək qiymətləndirilir.
Ermənistan-ABŞ parlament dostluq qrupunun üzvü “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyanın fikrincə bu rəqəmləri şərh etməyə ehtiyac yoxdur, bu sadəcə ABŞ Konqresinin qərarıdır. “Ayrılan yardımın həcminin artırılması üçün işləmək lazımdır. Ermənistan hakimiyyəti Ermənistana yardımın azalması yox, artırılması üçün nə etdiyini deməlidir”, - deyə Marukyan bildirir.
Amerikadakı iğtişaşlarda “erməni barmağı”nın işləməsi məhz bunun nəticəsidir. ABŞ-dakı erməni lobbisi qarşıdakı prezident seçkilərində onların sözünü deyəcək adamı müdafiə edəcək. Bu, çox güman ki, Co Bayden olacaq. Lakin o da ermənilərdən istifadə edərək, sonda kənara atacaq. Çünki dünya siyasi səhnəsində ermənilərin vəzifəsi idarə etmək, yox, alət olmaqdır. Bu, həmişə beləcə də qalacaq.
N.NOVRUZ

Oxşar məqalələr