AXTAR

Dünyanı koronadan o ölkə xilas edəcək – Öngörü



 

vanqa

 

Pandemiya dünya düzəmini dəyişdi: insanlar evlərə qapıldı, ölkələr sərhədləri bağladı. Belə kritik vəziyyətlərdə yenə də bir çoxları öngörənlərə üz tutur.

Utro.ru saytı Vanqanın bu virusun gələcəyi ilə bağlı verdiyi proqnozun hələ 20 il əvvəl yayıldığını yazıb. Vanqanın bu proqnozu da bir çox kəhanətləri kimi gerçəkləşib.

Vanqanın öngörüsünə görə, 2020 dünya ölkələrinin əksəriyyəti üçün həddən artıq ağır keçəcək. Koronavirus bir çox insanı məhv edəcək, ancaq zərdab bir ildən tez tapılmayacaq.

Az öncə isə Vanqanın daha bir kəhanəti açılıb. Bildirilir ki, ekstrasens Çin virusunun dərmanı haqda da xəbərdarlıq edibmiş. Medianın yazdığına görə, Vanqa “sarı vəba”nın dərmanının Rusiyada tapılacağını qeyd edibmiş.

“Moskovskiy komsomolets” yazıb ki, Vanqa bu dərmanın “Sibir sidri”ndən alınacağını deyib.

Vanqanın dostu və kəhanətlərini yayan şəxsin sözlərinə görə, o, 2020-ci ili “güzgülü il” kimi xarakterizə edib və hər şeyin dəyişə biləcəyini deyib. Onun sözlərinə görə, Vanqa həm pandemiyanı xəbər verib, həm də dünyanı Rusiyanın bu bəladan xilas edəcəyini söyləyib.

Vanqanın bu ərəfədə koronavirusla yanaşı, xərçəngin dərmanının da tapılacağını dediyi iddia edilir.

Oxşar məqalələr