AXTAR

VİDEO: Ömürlük şikəst ola bilərsiniz - SINIQÇILARA GETMƏYİN!

siniq.jpg

Türkəçarə üsullarla bədən üzvlərində çıxıq və sınığı bərpa edənlər çoxdur. Elə bölgə sakinləri də sınıq zamanı bu cür sınıqçılara müraciət edirlər. Ancaq həkimlər həyəcan təbili çalır. Sınıq zamanı travmatoloq həkimlərə müraciət etməsəniz sizi ömürlük şikəst edə bilər.

 

Bir çox insan travma alanda sınıq və çıxıqları bərpa etdirmək üçün sınıqçılara üz tuturlar. Ancaq sınıqçılar tərəfindən türkəçarə üsulla edilən bu müalicələr əksər hallarda effekt vermir.

Sınıq zamanı travmatoloq həkimlərə müraciət etməsəniz sizi ömürlük şikəst edə bilər

Həkimlər isə heyəcan təbili çalır. Respublikanın baş travmatoloqu Vaqif Verdiyevin sözlərinə görə, sınıqçılar zədələnmiş yerə müxtəlif sürtgü və maddələr qoyub sıxdıqları zaman qan dövranı pozulur və qolun funksiyası 80-90, bəzi hallarda isə 100 faiz itir.

Vaqif Verdiyev məsləhət görür ki, sınığı olanlar mütləq bu sahədə ixtisaslaşmış travmatoloq həkimlərə müraciət etməlidirlər. Sınığın olmasına şübhə yarandığında mütləq həmin hissə rentgen edilməlidir.

Baş travmatoloqun sözlərinə görə, bəzi ağır sınıqlarda cərrahiyyə əməliyyatlarına da ehtiyyac olur. Bu əməliyyatların adi sınıqçılar tərəfindən edilməsi isə daha da ağır fəsadlara yol aça bilər.

http://xezerxeber.az

Oxşar məqalələr