Azərbaycanın iqlim şəraiti üçün təhlükə var. Hava şəraiti illər keçdikcə soyumağa, qış daha şaxtalı keçməyə başlayıb. Ekoloq Telman Zeynalov bunu bəzi ölkələrin iqlimə müdaxilə edən silahlardan istifadə etməsi ilə əlaqələndirir.
Metereoloji və geoloji silahlardan istifadə son 15 ildə havanın tədricən soyuması ilə nəticələnib. Rusiya və Amerikanın bu silahlardan istifadə etməsi bəzi yerlərdə kəskin şaxtalı havanın yaşanmasına gətirib çıxarır. Bu fikirləri ekoloq Telman Zeynalov bildirir. Onun sözlərinə görə bu silahlardan istifadə nəticəsində Ermənistanda qış aylarında 30dərəcəyədək şaxta müşahidə olunur. Bu Azərbaycan üçün də real təhlükənin olduğundan xəbər verir.
Ekoloq Çindəki hava şəraitinin də bu silahlardan istifadənin nəticəsi olduğunu qeyd edir.
Ekoloq silahlardan istifadənin sadəcə şaxta yaratmadığını, eyni zamanda yayda da dözülməz istilarə səbəb olduğunu deyir. çünki bu meteroloji və geofiziki silahlardan istifadə ozon təbəqəsinə birbaşa təsir edir.
Ekoloq onu da qeyd edir ki, əgər iqlimin soyuması prosesi davam etsə 2030-cu ildən etibarən buzlaşma başlaya bilər.
http://xezerxeber.az