AXTAR

İnnovasiyalı elektron “kağız” istehsal edilib

innovasiyali kagiz

 

 

Dünyanın ən məşhur zərgərlik şirkətlərindən olan “Montblanc” innovasiyalı elektron “kağız” istehsal edib.
“Augmented paper” adlanan bu cihaz qələm ilə yazılmış mətni və çəkilmiş rəsmləri smartfonların yaddaşına ötürmək, redaktə etmək, müxtəlif insanlara göndərmək və ya rəqəmsal mətnə çevirmək qabiliyyətinə malikdir.
Cihaz rus, ingilis, alman, italyan, çin və digər dillərdə əlyazma mətnlərini tanıya bilir. Rəqəmsal bloknotun batareyası səkkiz saatadək fasiləsiz işləyir. “Augmented paper”in yaddaşında 100 səhifəyədək yazılı mətni saxlamaq mümkündür.
Gələn il satışa çıxarılacaq cihazın qiyməti hələlik məlum deyil.

Oxşar məqalələr