AXTAR

“Qaçqınkom”un sədri 180 minə BMW aldı

Article Index

bmv

 

Hər kəsə bəllidir ki, Azərbaycanda yüksək vəzifə bir çox fəzilətlərlə yanaşı, bahalı mebelli böyük kabinet və par-par yanan xidməti avtomobil deməkdir. Təbii ki, bütün bunlar vəzifəyə təyin olunan məmurun cibi yox, dövlətin vəsaiti hesabına təmin olunur. Ona görə də, bir çox hallarda bu və ya digər qurumun idarəetmə və təsərrüfat xərcləri özünü fantastik rəqəmlərdə ifadə edir, bəzən də korrupsiya araşdırması predmetinə çevrilir.

Bugünlərdə mətbuatda bəzi büdcə təşkilatlarına dövlət satınalmaları xəttilə alınan bahalı avtomobillərin siyahısı dərc edilmişdi. Siyahıda adı və əhəmiyyəti geniş ictimaiyyət üçün az qala heç bir məna kəsb etməyən qurumlar var. Məsələn, Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi Üzrə Dövlət Müfəttişliyi üçün alınan iki xidməti avtomobilə 106 min 200 və 72 min 700 manat olmaqla, cəmi 200 min manata yaxın pul ödənilib. Yaxud, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi "Təhlükəli Tullantılar” MMC-yə 140 min manat (!) qiyməti olan 1 ədəd "Toyota Land Kruiser” avtomobili alınıb.

Bir soruşan varmı ki, bu qurumlar ölkəyə hansı məbləğdə xeyir veriblər ki, onlara bu bahalıqda maşınlar alınır? Lap tutaq ki, bu təşkilatlar hansısa ciddi əhəmiyyətə malikdirlər. Hətta bu halda da, daha ucuz marka və modellərdə minik avtopmobilləri almaq olmazdımı? Böyük ehtimalla həmin avtomobillər sözügedən qurumlara rəhbərlik edənlərin xidməti maşınlarıdır. Hansı ki, hələ 2016-cı ilin yanvar ayında Azərbaycan prezidenti məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobilləri tövsiyə etmişdi. Bir tərəfdən ölkə rəhbərliyi səviyyəsində idarəetmə aparatının təkmilləşdirilməsi, xərclərin azaldılması tapşırığı, digər tərəfdən də əhalinin vergiləri və neft gəlirləri hesabına formalaşan büdcəyə münasibətdə bu israfçılıq və bər-bəzək, komfort, lüks həyat yarışı…

 

qacqinkom

Oxşar məqalələr