AXTAR

“Donald Tramp mənim sayəmdə seçilib”-saxta informasiya saytlarının yaradıcısı təsdiqləyir

tramp

 

 

 

İKSmedia.az francinfo-dan əldə etdiyi mə\lumatda bildirilir ki, 38 yaşlı amerikalı Pol Horner milyonlarla amerikalının baxışlarına təsir götərdiyini iddia edir. Hansı yolla? Saxta xəbər saytlarının yaradılması ilə. 7 il ərzində o, Facebook-u həqiqidən daha həqiqi görünən yalançı saytlarda saxta məqalələrlə doldurub. Çoxsaylı istifadəçilər yalanı həqiqət kimi qəbul ediblər, hətta Donald Trampın seçki komandasından gələn mesajları da.
Google və Facebook onların platformasında bu kimi hallara qarşı mübarizə apardıqlarını elan edəndən sonra, “Vaşinqton Post” (ingiliscə) Pol Horneri ABŞ prezidentliyinə seçkilərdə Donald Trampın təbliğat kampaniyası ilə əlaqədar motivasiyası və məsuliyyəti üzrə sorğu-sual edib.
“Mənim saytlarım daim Trampın tərəfdarları ilə məsləhətləşib. Onlar heç bir faktı yoxlamadan hər bir şeyə inandıqlarını bölüşürdülər. Düşünürəm ki, o, Ağ evə mənim sayəmdə düşüb”-Horner deyib. Bir az nəfəsini dərən Pol sonra əlavə edib: “Mən heç vaxt düşünməzdim ki, o seçiləcək. Mənim məqsədim ölkədə qarışıqlıq yaratmaq idi (...) Mən Trampa nifrət edirəm”.
Pol Horner nə dərəcədə həqiqəti söylə\yir, biz bilmirik, amma Qərb ölkələrində prezident seçkilərindən sonra baş verən saxtakarlıqlar barədə həmişə sonradan informasiyalar eşitməyə artıq adət etmişik. Görünür, bu da qərb demokratiyasının özünəməxsus özəlliklərindən biridir.
İKSmedia.az

Oxşar məqalələr