NASA aerokosmik agentliyi Ayın Günəş ətrafında tranzitini əks etdirən unikal video yayıb.
İKT.lent.az-ın xəbərinə görə, video SDO (Solar Dynamics Observatory) stansiyasının köməyi ilə oktyabrın 30-da bir saat ərzində çəkilən şəkillərin montaj olunması yolu ilə hazırlanıb.
Video 4 saniyə sürsə də, Yerin peykinin bu müddət ərzində Günəşin təxminən 59%-ni örtdüyünü görmək olur.