İstanbulun “Reina” gecə klubuna hücum edənin 28 yaşlı Yəhya Maşrapov olduğu bildirilir. “ntv.ru”-ya saytının verdiyi məlumata görə, onun Qırğızıstan vətəndaşı olduğu açıqlanıb.
KİV-də hücumu törətməkdə şübhəli bilinən şəxsin pasportunun fotosu yayılıb. Sənədin Qırğızıstan dövlət qeydiyyat xidməti tərəfindən verildiyi bildirilir.
Qeyd edək ki, yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. Ümumilikdə 700 adamın olduğu klubda 16 nəfər əcnəbi olmaqla 39 nəfər öldürülüb, 69 nəfər yaralanıb.
Ölənlər arasında Rusiya, Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları olub.
Azərbaycan XİN: Ermənistan rəhbərliyi hər vəchlə danışıqlar prosesinin irəliləməsinin qarşısını almağa çalışır