İKSmedia.az. Philippine Daily Inquirer nəşri yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, bu gün Filippinin Leyte əyalətində baş vermiş partlayış nəticəsində azı 27 nəfər yaralanıb, iki nəfərin vəziyyəti ağırdır.
Əyalətin qubernatoru Dominiko Petilla bildirib ki, partlayış çərşənbə günü axşam Hilonqos şəhərindəki bayram çərçivəsində keçirilən boks döyüşünün qızğın çağında baş verib. Hadisə yerindən onlarla insanın həlak olması barədə xəbərlər gəlir, lakin qubernator hələ bu faktı dəqiqləşdirə bilməyib.
Polis hadisənin təhqiqatına başlayıb.