AXTAR

Rusiya nümayəndə heyəti Türkiyəyə gedir - Qətl araşdırılacaq

59014382.jpg

Ötən gün Ankarada öldürülən səfir Andrey Karlovun cinayətinin araşdırılması üçün Rusiyanın güc strukturlarından ibarət nümayəndə heyəti xüsusi təyyarə ilə Türkiyəyə yola düşüb.

XəzərXəbər “Ria Novosti” yə istinadən xəbər verir ki, iki ölkənin hüquq-mühafizə orqanları rusiyalı səfirin qətlini birlikdə araşdıracaqlar.

Türkiyənin Ankaradakı müasir incəsənət mərkəzində “Rusiya turistlərin gözü ilə” sərgisinin açılış mərasimində silahlı şəxs Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova atəş açaraq onu yaralayıb. Xəstəxanaya çatdırılan səfir 40 dəqiqə sonra dünyasını dəyişib.

Hadisədən dərhal sonra Rusiya prezdienti Vladimr Putin rəsmi Ankaradan rusiyalı diplomatların təhlükəsizliyinin təmin edilməsini tələb edib.

Oxşar məqalələr