Ermənistanın ordumuza qarşı növbəti təxribatı

kamal salayev
Erməni millətçiləri bir qayda olaraq məkrli niyyətlərini həyata keçirmək üçün Azərbaycana qarşı qəsdən müxtəlif təxribatlara əl atmağa davam edirlər. Buna sübut olaraq, hələ 2021-ci ilin dekabrın 19-da avia.pro saytında ermənilərin Azərbaycan Ordusuna qarşı həqiqətə uyğun olmayan, dezinformasiya xarakterli xəbərini misal olaraq göstərmək olar. Həmin xəbərdə guya iki erməni hərbçisi tərəfindən Azərbaycan Ordusunun iki ədəd T-72 tankının məhv olunduğu qeyd olunur. Həmin xəbərdə guya tankların Berdzor istiqamətində hücum etməyə çalışdığı, ermənilərin isə guya əl qumbaralarından istifadə edərək sözügedən tankları məhv etdiyi qeyd olunur. Bundan əlavə ermənilər üstəlik həyasızcasına guya tank ekipajlarının bacarıqsız olduğunu, ordumuzun hazırlıq səviyyəsinin isə guya aşağı səviyyədə olduğunu qeyd etmişlər.
Qeyd etmək lazımdır ki, baş verən təxribatların günahkarı əslində təcavüzkar və faşist Ermənistan dövləti olduğu halda erməni millətçiləri günahı qəsdən azərbaycanlıların üstünə atmağa çalışırlar. Bununla yanaşı, ermənilər İkinci Qarabağ müharibəsi zamanı ağır məğlubiyyətə, itkilərə məruz qaldıqlarını gizlədirlər. Bu baxımdan ermənilər aprel döyüşlərində olduğu kimi, iyulun 12-də Tovuz istiqamətində gedən döyüşlərdə də ciddi itkiyə məruz qaldıqlarını mətbuatdan gizlətməyə çalışırdılar. Ermənistan KİV-ləri guya erməni hərbi bölmələrinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirtməsi barədə də yalan məlumatlar yaymışdılar. Lakin bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti operativ şəkildə məsələyə münasibət bildirərək həmin məlumatların dezinformasiya olduğunu, həqiqətə uyğun olmadığını artıq qeyd etmişdi.
Azərbaycan Ordusunun hazırlıq səviyyəsi olduqca yüksək səviyyədədir. Ordumuzun böyük hərbi potensiala malik olduğu göz qabağındadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi kimin kim olduğunu göstərdi. Belə ki, bu gün Azərbaycan Ordusu yenilməz ordu statusuna sahibdir.
Bu gün istər döyüş meydanında, istərsə də informasiya məkanında Ermənistan rüsvayedici məğlubiyyətə uğramış bir ölkədir. Milli dövlətçilik tariximizdə İkinci Qarabağ müharibəsi ilə Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində əsaslı dönüş baş verdi. 1992-ci ilin mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğala məruz qalaraq erməni vandalizminin qurbanı olmuş Şuşa şəhəri 2020-ci ilin noyabrın 8-də İkinci Qarabağ müharibəsi zamanı şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu və beləliklə də tarixi ədalət bərpa olundu. Regionda yeni reallıqlar yarandı. 2021-ci ilin yanvarında Şuşaya səfər edən Prezident İlham Əliyev Şuşada həyata keçiriləcək layihələrlə bağlı öz tapşırıqlarını verdi. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. 2021-ci ilin martında Novruz bayramı zamanı Prezident İlham Əliyevin Şuşaya səfər edərək tonqal yandırması böyük zəfərin rəmzi idi. 2022-ci ilin Ali Baş Komandanımız, Prezident İlham Əliyev tərəfindən “Şuşa ili”nin elan olunması isə artıq Azərbaycan mədəniyyətinin tarixində yeni bir əlamətdar hadisədir. Ali Baş Komandanın belə bir qərarı xüsusi əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, bu gün zəngin mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsi prosesində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da rolu böyükdür. Belə ki, məhz Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdəki bütün tarixi memarlıq abidələri layiqincə qorunur. 2021-ci ilin yanvarında Prezident İlham Əliyevin ailəsi ilə birlikdə Şuşadakı Qazançı kilsəsinə səfəri, tarixi memarlıq abidələrinə dövlət qayğısını bir daha nümayiş etdirir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşılır. Bu baxımdan tarixə nəzər salsaq, hələ 2016-ci ilin Prezident İlham Əliyevin tərəfindən “Multikulturalizm ili”nin elan olunması Azərbaycanda dilindən, dinindən, irqindən, mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün etnik qruplara ehtiram və hörmətlə yanaşıldığından xəbər verir.
Bu gün hərtərəfli bərbad vəziyyətdə olan Ermənistan üçün yeganə çıxış yolu sülhdən və əməkdaşlıqdan keçir. Lakin məlum məsələdir ki, Ermənistan tərəfi danışıqlardan boyun qaçırır. Ermənistanın bu cür rəftarına cavab olaraq isə Ali Baş Komandan, Prezident İlham Əliyev çıxışlarından birində sülh müqaviləsi təklifinin masa üzərində əbədi qalmayacağını qeyd etmişdir.
Ermənistanın regionda sülhün tərəfdarı olmaması, beynəlxalq hüquq normalarına zidd olan təcavüzkar siyasəti açıq-aşkar dünya mediasında da müşahidə olunur, bu baxımdan Ermənistanın özünü guya günahsız və təzyiq altında olan bir ölkə kimi dünyaya qələmə vermək cəhdləri isə iflasa uğrayır.
Kamal Salayev
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Ermənişünaslıq şöbəsinin baş mütəxəssisi

20 Yamvar şəhidlərinin qəhrəmanlıq xatirəsi İsveçrədə anılıb

isvec20yanvar22
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı AR-in İsveçrədəki səfirliyi tərəfindən bu gün saat 12:00 radələrində anım tədbiri keçirilmişdir. Tədbir çərçivəsində İsveçrənin Lüsern şəhərinə səfər edilmişdir.
Səfirlikdən iksmedia.az saytına daxil olan məlumatda bildirilir ki, tarix boyu müharibələrdə azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş İsveçrə əsgərlərinin xatirəsinə həsr olunmuş İsveçrənin kədər və eyni zamanda qürur yaddaşını əks etdirən dünya şöhrətli “Can verən Aslan” tarixi abidəsinin üzərinə gül dəstəsi qoyulmuş, müstəqilliyimizin bərpası uğrunda özlərini qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sözügedən abidənin ziyarəti dünyada müstəqillik və azadlıq uğrunda həlak olmuş insanların xatirəsini yad etmək üçün yaranmış bir ənənədir.
İsveçrədə koronovirus pandemiyası ilə bağlı həyata keçirilən yeni məhdudlaşdırıcı tədbirlər və bundan irəli gələn yeni sərt tələblər nəzərə alınaraq tədbirdə yalnız səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak etmişlər.

Dünya azərbaycanlılarının həmrəyliyi günü

dahg

Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Bu il dünya azərbaycanlıları 31 dekabr – Həmrəylik Gününü son dərəcə böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Ümummilli məqsəd naminə birləşib dəmir yumruğa çevrilməyi bacarmış Azərbaycan xalqı və onun qəhrəman Ordusu Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızın işğalına son qoyub. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın düşmən işğalından azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızı 30 ildən artıq davam edən məğlubiyyət sindromundan qurtarmış və onu qalib xalqa çevirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət dövlətimizə çox böyük uğurlar gətirir. Son 18 ildə heyrətamiz inkişaf yolu keçərək Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının güvən yerinə çevrilmişdir.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Qoşqar Əliyev

Masallı, Təzə Alvadı kənd sakini

Dünyanın nüfuzlu siyasətçisi və Dövlət başçısı

ilham bayraqla

30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız azad edildi. Bu böyük qələbəni xalqımıza görkəmli dövlət xadimi, müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun rəhbərlik etdiyi şanlı ordumuz bəxş etdi. Neofaşist ölkə olan Ermənistan, onun vandal ordusu igid əsgərlərimizin zərbələri qarşısında diz çökdü. Qələbəyə aparan uzun yol 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə başa çatdı. İgid hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məhv edildi, məğlubiyyətini etiraf etdi. “Ermənilərin məğlubedilməzliyi” barədə yalanlar ifşa edildi. Bu müharibə əslində Azərbaycan əsgərinin yenilməzliyini sübut etdi.

Azərbaycan xalqı cənab Prezident İlham Əliyevi hər zaman dəstəkləmişdir. Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən bütün xalq onun ətrafında daha sıx birləşdi. Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gəncləri cəbhəyə könüllü getmək üçün müraciət etdilər. Yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad edilməsi üçün əlindən gələni edirdi. Xalq misli görünməmiş həmrəylik nümayiş etdirdi. Bu, xalq-Prezident birliyinin, xalqın ölkənin liderinə dərin inamının parlaq nümunəsi idi və bu birlik qələbəmizin təminatı oldu.

Bu qələbəni qazanmaq üçün cənab Prezident uzun illər Azərbaycanın iqtisadi gücünü artırmış, ordunu hərtərəfli və uzun müddət təmin edə biləcək davamlı baza yaratmışdır. Məhz cənab Prezidentin apardığı uğurlu iqtisadi siyasət sayəsində respublikamız sürətlə inkişaf edən bir ölkəyə çevrilmişdir. Şuşanın işğaldan azad edilməsi münasibəti ilə Prezidentin xalqa tarixi müraciətində qeyd etdiyi kimi: “Əgər iqtisadi gücümüz olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi”.

Dövlət başçısının düzgün, balanslaşdırılmış xarici siyasəti sayəsində beynəlxalq səviyyədə ölkəmizin nüfuzu yüksəlmiş, Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Azərbaycan və işğal edilmiş torpaqlarımız barədə əsil həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmışdır.

Türkiyə kimi qüdrətli, qardaş dövlətin bu çətin günlərdə xalqımızla birgə olması, göstərdiyi siyasi, mənəvi dəstək misilsizdir və bunu ayrıca qeyd etmək lazımdır. Qardaş ölkənin bu mövqeyi heç nə ilə müqayisə edilə bilməz. Cənab Prezidentin uzaqgörən, məqsədyönlü siyasəti ilə Ermənistan beynəlxalq siyasətdə təcrid edildi.

Ali Baş Komandan bu istiqamətdəki uğurlu fəaliyyətini tarixi Şuşa müraciətində yığcam və dolğun şəkildə şərh etdi: “Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı”.

Digər tərəfdən, beynəlxalq vəziyyət və geopolitik durum sərrast qiymətləndirilərək Azərbaycan ordusunun əks-hücumu və uğurlu əməliyyatları üçün tam əlverişli zamanın seçilməsini xüsusi olaraq vurğulamalıyıq. Bu isə cənab Prezidentin beynəlxalq siyasət üzrə mahir peşəkarlığını göstərən məqamlardan biridir. Dünyanın məşhur siyasi analitikləri, hətta düşmən tərəfin siyasi şərhçiləri də bunu etiraf etmək məcburiyyətindədirlər.

Ordumuzun tarix yazdığı 44 gün ərzində cənab Prezidentin dünyanın mötəbər kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində beynəlxalq hüquqi normalar çərçivəsində olan Azərbaycanın haqlı mövqeyi tamlığı ilə sərgiləndi. Xarici ölkələrin siyasi şərhçiləri də indinin özündə belə İlham Əliyevin verdiyi müsahibələri çağdaş zamanda yüksək diplomatik peşəkarlığın bariz nümunəsi kimi qiymətləndirməkdədirlər.

Respublikamıza rəhbərlik etdiyi 17 il ərzində Ali Baş Komandan qüdrətli ordu quruculuğu həyata keçirmiş, ordunu ən müasir silahlarla təmin etmişdir. Bu sahədə beynəlxalq təcrübə öyrənilmiş, NATO standartlarına malik olan Türkiyə ordusu ilə birgə uzunmüddətli təlimlər keçirilmişdir. Azərbaycan ordusu müasir silah təminatı, hərbçilərimizin yüksək peşəkarlığı ilə güclü ordular sırasına qalxmışdır. 44 gün davam edən Vətən müharibəsi bunu əyani şəkildə sübut etdi.

Ali Baş Komandan tarixi Şuşa müraciətində bu məsələni xüsusilə qeyd etmişdir: “Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz”.

İkinci Qarabağ müharibəsində tətbiq edilən döyüş əməliyyatları, xüsusilə də ağır texnikanın istifadə edilmədiyi Şuşa əməliyyatı dünya hərb tarixinin nadir hadisələridir. Hərbçilərimizin bu müharibədə göstərdiyi şücaət misilsizdir. Ali Baş Komandan öz müraciətində Azərbaycan hərbçilərinin igidliyini yüksək qiymətləndirmişdir: “Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”

Bu sözlərə yalnız onu əlavə etmək olar ki, bu qəhrəman əsgərlər ona görə qalib gəldilər ki, onların Ali Baş Komandanı məhz İlham Əliyevdir!

Torpaqlarımızın işğaldan azad edilməsi üçün cənab İlham Əliyev müdrik Prezident olaraq düzgün, uzaqgörən daxili və xarici siyasət aparmış, orduya rəhbərlik edən Ali Baş Komandan olaraq yüksək sərkərdəlik qabiliyyəti ilə qətiyyətli qərarlar vermişdir. Məhz cənab Prezidentin yorulmaz fəaliyyəti, onun rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı sayəsində düşmən məğlub edildi. O, bütün dünyaya sübut etdi ki, məhz erməni kimi, insanlıq xüsusiyyətlərindən uzaq bir düşmən tərəfindən uzun müddət işğal altında qalan torpaqlarımızın azad edilməsinin yeganə yolu müharibədir. 44 günlük bu Vətən müharibəsi və qazanılmış qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli yaddaşımızda əbədi olaraq qalacaqdır.

Qoşqar Hətəmov 

Masallı rayon Təhsil şöbəsinin əməkdaşı

Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji mövqedən inkişaf edir.

socide gorush

Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş Sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri hazırkı geosiyasi gerçəkliklərə uyğun inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində mühüm yer tutur. Son 10 ildə bu əlaqələr bütün sahələrdə bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında qurulmuş, qarşılıqlı maraqlar çərçivəsində yüksələn xətlə inkişaf etmişdir. Strateji tərəfdaşlıq münasibətlərinin pozitiv tərəfləri özünü həm də Rusiya və Azərbaycan regionları arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində göstərir. Hər iki dövlət rəhbərlərinin rəsmi və işgüzar səfərləri zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, qarşılıqlı informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanmışdır. Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının intensiv fəaliyyətinin nəticəsi olaraq ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək dinamikmlə inkişaf edir. İdxal-ixrac əməliyyatlarının səviyyəsinə görə Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biri olaraq qalır. Rusiyanın ayrı-ayrı vilayətləri ilə Azərbaycanın ayrı-ayrı regionları arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bundan səmərəli istifadə olunmalıdır.

Bu gün Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi inkişaf üçün olduqca mühüm ölkə kimi çıxış edir. Rəsmi Bakının siyasi iradəsi, təşəbbüskarlığı, ölkəmizin iqtisadi gücü təkcə Azərbaycan üçün yox, bütün region üçün tənzimləyici və lokomotiv funksiyasını yerinə yetirir. Bu mənada Azərbaycanın istər bölgə daxilində, istərsə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri, həyata keçirdiyi və ya dəstək verdiyi layihələr əsas stimulyatordur.

Bu kontekstdə danışarkən Azərbaycan və Rusiya münasibətləri üzərində xüsusi dayanmaq lazım gəlir. İki ölkə arasında tarixi bağlılıq müstəqillik illərində sıx siyasi, iqtisadi, sosial, humanitar, mədəni əlaqələrin ardıcıl xarakteri və dərinləşməsi ilə müşayiət olunub.

Azərbaycan-Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Məhz elə yuxarıda qeyd edilənlərin məntiqi nəticəsidir ki, hazırda Azərbaycanın mühüm tərəfdaşı olan Rusiya ilə əlaqələri yüksək səviyyədədir, siyasi, iqtisadi, humanitar, hərbi-texniki və s. sahələrdə əməkdaşlığı yeni inkişaf mərhələsindədir. Qarşılıqlı siyasi, sosial-iqtisadi münasibətlər iki ölkənin birgə səyi ilə mühüm tədbirlərin, önəmli layihələrin uğurla reallaşdırılmasına əlverişli imkan yaradır və yüksək göstəricilər əldə edilir.

Lalə Nağıyeva

Masallı rayonu, Dəmirçi kənd ümumi orta məktəbinin İbtidai sinif müəllim

17 -dən səhifə 133

Oxşar məqalələr