AXTAR

DİQQƏT: Bu xəstəlik kompüterdən istifadə edənlərdə yaranır

komputer--.jpg

Bu sindrom Median sinirin bilək nahiyəsində sıxılması nəticəsində əmələ gəlir.

Əldəki sinirlər hər hansı təzyiq altında qaldıqda keyimə meydana gəlir. Türkiyəli həkim Səlim Çepel əllərdə meydana gələn keyimənin səbəbləri və müalicəsi haqqında məlumat verib.

 

Travmatoloq-ortoped Səlim Çepelin sözlərinə görə, əllərdə keyimə barmaqların uzun müddət eyni işi yerinə yetirməsi nəticəsində yaranır. Bu hal xüsusilə klaviatura istifadə edənlərdə daha çox rast gəlinir.

Müalicə üsulları hansılardır?

Həkim bildirib ki, bu xəstəliyin müalicəsində nadir hallarda əllərə inyeksiyaya ehtiyac duyulur: "Digər hallarda adətən, fiziki müalicə (barmaqların məşq etdirilməsi) və reabilitasiya proqramları tətbiq olunur. Əgər bunların heç biri kömək etmirsə və rahatlıq yaranmırsa, kiçik cərrahi ilə müdaxilə ilə buna son qoymaq mümkündür. Bu üsul xəstənin vəziyyətindən asılı olaraq, açıq şəkildə və ya endoskopik cərrahiyyə istifadə edilməklə keçirilə bilər".

Hamilə xəstələrdə də əl biləyi sindromu tez-tez rast gəlinir. Lakin çox hallarda uşaq dünyaya gələndən sonra bu, öz-özünə keçir./publika.az

Oxşar məqalələr