AXTAR

VİDEO: Bu proqram kompüteri bloklayır - EHTİYATLI OLUN

komputer.jpg

İndiyə qədər deyirdilər ki, antivirus proqramı yükləyin kompüteriniz virusa yoluxmasın. Ancaq xakerlərin hazırladığı yeni virus proqramı bütün antivirus proqramlarına sızaraq kompüteri çox qısa zamanda tamamilə ələ keçirir. Ekspertləri çarəsiz qoyan bu proqramın ən vacib fayllarınızı ələ keçirməsini istəmirsizsə bu xəbəri mütləq izləyin.

 

Peşəkar kompüter mühəndislərini belə çarəsiz qoyan yeni fırıldaqçı proqram təminatı hazırlanıb. "DeriaLock" adlanan bu proqram kompüterə girişi bloklayır və şəxsin öz kompüterinə girməsi üçün kartla pul ödəməsi tələb olunur.

Hətta bu proqram adətən kompüterə virus düşüb onun sistemini yarasız hala salanda son çarə kimi istifadə edilən metodları icra etməyə belə imkan vermir.

Virus proqramının yoluxduğu kompüterlərə xəbərdarlıq mesajı ingilis və alman dillərində göstərilir. İspan dili seçimi olsa da o aktiv deyil. Ekspert Rövşən Əkbərov bildirir ki, bu virusa yoluxmanın qarşısını alacaq qədər hazırda heç bir antivirus proqramı yoxdur. Derialock bütün antivirus proqramlarını dağıdaraq kompüteri ələ keçirə bilir. Buna görə vacib və önəmli faylları qorumağın yeganə yolu belə faylları hər zaman internet şəbəkəsinə qoşulmayan ayrıca bir kompüterdə saxlamaqdır.

http://xezerxeber.az/

Oxşar məqalələr