AXTAR

Oyun pis keçmir, lakin “qol” həyəcanı yoxdur

futbol

 

 

 

19:00
Oyun qarşılıqlı təzyiqlərlə başlayıb. Qəbələ oyunçuları layiqli müqavimət göstərməklə yanaşı fəal hücuma da keçirlər. Ağdam təmsilçisi Avroliqanın sonuncu matçına baxanda daha sərrast və hücum üslubund oynayır. Təəssüf ki, hər iki tərəfdən tez-tez qayda pozuntusuna yol verilir. Bu hallart əsasən topun qəbulu və hücuma keçən oyunçunun qarşılanması məqamında baş verir.
19:20
Dani Kintananın sağ ayağı ilə vurduğu çox da güclü olmayan effektli zərbə qapı dirəyinə dəydi. Bu zərbənin oyuna təsiri güclü oldu. Qarabağ hücumu davam etsdirdi. Qəbələ isə müdafiəyə çəkildi.
19:22
Dani daha bir zərbə ilə Bezotosnını və tamaşaçıları həyəcanlandırdı.
1-ci hissənin 35-ci dəqiqəsi gedir. Oyun adi qaydada davam edir. Ara-sıra yüngül həyəcanlardan başqa qapılar ağzında təhlükəli vəziyyətlər yaranmır. Təəssüf ki, futbolçular ayaqla bərabər əllərilə də fəal çalışırlar, təbii ki, əllərin obyekti top yox, rəqibin özüdür.
19:41
Miçel Medera cərimə meydançası yaxınlığından qapıya zərbə vurdu. Büzaotosnı çətinlik çəkmədən topu tutdu.
19:43
Ansi Aqolli qapıya tərəf zərbə vurdu, qapıçı bu dəfə də yerundə sayıq dayanmışdı. 19:44-də növbə Qəbələyə çatdı və rəqibin ən yaxşı oyunçusu Ruslan Qurbanovun Qarabağın qapısı ağzına göndərdiyi topa rəqib komandadan sahib çıxan tapılmadı.
19:45
1-ci hissə bitdi. Ümumiyyətlə, oyun pis keçmir.

Oxşar məqalələr