AXTAR

Qarabağ-Qəbələ. İkinci hissə başladı

qara qele

 

29.11.2016
Oyunun 46-ci dəqiqəsində Reynaldonun vurduğu zərbə qapı dirəyinin yaxınlığından keçdi.
İlk dəqiqələrdən Qarabağ təzyiqi artırıb. Amma hücum etsə də rəqibin cərimə meydançasına dxil ola bilmirlər.
50-ci dəqiqədə sol tərəfdən cərimə meydançasının xətti üzərindən Qəbələ cərimə zərbəsi vurur.Ozobiçin vurduğu top müdafiəçiyə dəyib geti qayıdır, qarabağlılar donub yerlərində qalırlar. Qəbələ oyunçuları hücumu davam etdirir, Ruslan Qurbanovun qapıya vurduğu zərbəni Şehiç ustalıqla qaytarır. Qəbələ hücumdadır Lakin onun hücumu səmərə vermir.
64-cu dəqiqə. Ozobiç Qarabağın iki oyunçusundan və qapıçıdan cəld tərpənib topu qapıdan keçirdi. Qələbə hesabda irəli keçdi.
Buraxılan topdan sonra Qarabağ oyunçuları tələsməyə başlayıblar, lakin hələlik qol vəziyyəti yarada bilmirlər.
69-cu dəqiqədə heç nə ilə gözə çarpmayan reynaldonu Əfran İsmayılov əvəz edir.
71-ci dəqiqədə Əfranın çox təhlükəli olmayan zərbəsini qapıçı tutur.
“Qarabağ”ın müdadfiəçisi Elvin Yunizsadə tez-tez səhvlərə yol verir.
74-cü dəqiqədə Coşqun Diniyev və Dino Ndlovu oyuna daxil olurlar.
75-ci dəqiqədə Ndlovu qapıya zərbə vurur, lakin qapıçı topu tutur. Qarabağ hücumu davam etdirir.
78-ci dəqiqə. Qarabağ küncdən zərbə vurur.
80-ci dəqiqə. Qarabağ hücumdadır.
81-cə dəqiqədə Aqollinin zərbəsi qapı dirəyinin dibindən, amma yandan keçdi.
83-cu dəq. Miçelin başla vurduğu zərbəni qpışı tutdu.
84-cü dəqiqə. Qəbələnin qapısına 11 metrlik zərbə təyin olunur. Zərbəni kim yerinə yetirəcək?
Riçard Almeyda. Vurur. Qol. 86-cı dəqiqədə. 1:1. Hesab bərabərləşir.
87-ci dəqiqə. Stankeviç bir neçə oyunçunu keçir, lakin cərimə meydançasına daxil ola bilmir.
88-ci dəqiqədə Dinonun zərbəsi qapıdan aralı keçir.
89-cu dəqiqə. Qəbələ 20 metrdən cərimə zərbəsi vurur.
90-cə dəqiqə gedir.
İkinci hissəyə 4 dəqiqə əlavə olunur.
92-ci dəqiqədə Qarabağ imkanı boşa verir.
93-cü dəqiqədə Miçeli yıxırlar. Bu dəfə Qaqrabağ 20 metrdən cərimə zərbəsi vurmaı olur. Dani Kintananın zərbəsi səmərəsiz olur.
98-ci dəqiqə. Ndlovu böyük ustalıqla komandasının ikinci qolunu vurur: 2:1.

Qarabağ oyunçularının və məşqçi heyətinin sevinci hədsizdir.
100-cü dəqiqə gedir. Oyun hələ bitməyib. Stadionda hədsiz gərginlik və futbol həyəcanı yaşanır.
Qəribədir, Qəbələnin ehtiyat oyunçuları da hakimə hücum edirlər. Nədən narazıdırlar, hələ bilinmir. Qəbələ son bir neçə saniyəni oynamaqdan imtina edir. Məşqçi Qriqorçuk da narazılıq edir.
Qəbələni gözəl oyunu münasibətilə təbrik edirik. Qarabağ keçənilki komandadan zəif təsir bağışladı. Amma oyunun son 10 dəqiqəsində Qarabağ əsil mübariz oyununu sərgilədi. Hər bir halda Qarabağın builki oyununda sxematiklik açıq hiss olunur. Oyunçular sanki sərbəst yox, çərçivə içərisində oynayırlar.
Hər iki komandaya gələcək oyunlarında uğurlar arzulayırıq.
İKSmedia.az

Oxşar məqalələr