AXTAR

Paşinyan da “kələfin ucunu itirib”

paşinyan

 

Qarabağ münaqişəsi həllinin tapmalıdır, əks halda bu işğalın nəticələri ağır olacaq

Ermənistanda baş verən hakimiyyət dəyişikliklərinə səbəb olan hadisə “məxməri inqilab” adlandırılsa da indi bu daha çox “Paşinyan inqilabı” adlandırılmağa meyillidir. Çünki, insanları küçəyə çıxarıb Serj Sarkisyanın istefasına nail olaraq onun yerinə özünü seçdirən məhz Nikol Paşinyandır. Amma əhalini qarşısında pafoslu nitqləri ilə ümidləndirən Paşinyanın indi xaricdən dəstək aldığı gündəmi zəbt edib. Məsələ burasındadır ki, onun baş nazir postunda gördüyü tədbirlər xalqı razı salmır və onlar küçə hərəkatını davam etdirməkdədirlər. Bu isə onu sübut edir ki, əslində, küçələrə çıxıb etiraz mitinqi keçirən əhalini Paşinyanın baş nazirliyi yox, öz dərd-səri imiş. Sadəcə, Paşinyan situasiyadan erməni bicliyi ilə istifadə etməyi bacarıb. Etirazçıların indiki çıxışlarını isə keçmiş mitinqçi, indiki baş nazir artıq iki dəfə “sabotaj” adlandırmağa imkan tapıb. Halbuki, onun özünün sabotaşçılığından cəmi 2,5 həftə keçib.
İndi Paşinyan özünü doğrultmaq üçün cidd-cəhdlə “sponsor” axtarır. Bunun üçün erməni diasporuna, Avropaya və okeanın o tayına üz tutub. Sözdə ənənəvi ağası Rusiya ildə guya anlaşsa da, işdə Qərbə boyun əyməsi ölkədə vəziyyəti xeyli qarışdırıb. Xüsusilə, qaranlıq tunelin sonunda işıq kimi görünən Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi üzrə dolaşıq fikirlər söyləməklə baş nazirin işi də əməlli-başlı dolaşıb. Belə görünür ki, Paşinyan “kələfin ucunu itirib” və onu harada axtarmağın strateji yolunu tanımır.
İndi Ermənistanın əsas postlarında Kremllə məsləhətləşmədən keçmədən və ya əlaltdan diasporun dediyi insanlar əyləşib. Ermənistan kimi dövlətlərdə hakimiyyətin belə fəaliyyəti müstəqillik yox, özbaşınalıq sayılır. Və özbaşınalığını sığortalamaq üçün Nikol Paşinyan Qərbə yalvarmağa başlayıb. Kasıb ölkəsində əlinə bir şey keçməyən bu adama milyonlar gərəkdir. Amma heç kim havayı milyonlar verən deyil. Bunun qarşılığında nə isə ödəmək gərəkdir. İndiki konkret halda isə bu, ölkənin noxtasını pul verən tərəfin əlinə təslim etməkdir. Belə olan halda bəs, Rusiya hara yox oldu? O,buna göz yumacaqmı?
Qarabağ münaqişəsinin həlli məsələsində də Paşinyanın müdafiə nazirini Naxçıvanla sərhədə göndərib ara qarışdırmağa çalışması isə özbaşınalıq sayıla bilməz. Bu tapşırığın ABŞ-dan yaxud Rusiyadan gəlməsi barədə ekspertlərin fikirləri haçalanıb. Ancaq münaqişənin zərərçəkmiş və əsas haqlı tərəfi Azərbaycan üçün kimin nə tapşırmasının əhəmiyyəti yoxdur. Bəlkə də belə daha yaxşıdır, çünki, düşməni ölkədən vurub çıxarmaq üçün yaxşı səbəbdir. Lakin düşmən bunda cəsarət etmir.
Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə edib. Təfərrüatlar bəlli deyil. Amma güman etmək olar ki, Rusiya tərəfi hazırda müharibənin alovlanmasında ciddi şəkildə ehtiyatlanır və Paşinyanı sərsəm hərəkətlərdən çəkinməyə və əvvəlki illərdə olduğu tərzdə danışıqlar stolunda vaxt keçirməyə dəvət edib. Lavrovdan bundan artığını gözləməyinə dəyməz. Hətta Putindən də.
Hadisələrin gedişatından görünür ki, Qarabağ danışıqlarının formatında dəyişiklik olmayacaq. Hər halda həmsədrlər bunu tələb edir. Paşinyan isə başa düşdü-düşmədi, danışıqlar stolu arxasında əyləşməyə məcburdur. Onda güc və cəsarət olsaydı, Naxçıvan təxribatında bir hərəkətlilik nümayiş etdirərdi. Çünki, Qarabağ münaqişəsinin həlli yolu o kənar təsirlər sayəsində dərəcədə uzadılıb ki, daha burada diplomatiyaya rol qaymayıb. İndi şərait tərəfləri öz sözlərini tutmaq məqamına çatdırıb. Ya Ermənistan Qarabağın müstəqilliyini tanımaqla Azərbaycanla müharibəni yenidən başlamalıdır, ya da Azərbaycan bəyin bahasına olursa olsun, təbii ki, ilk növbədə danışıqlar vasitəsilə ərazi bütövlüyünü bərpa etməlidir.
Yaxın zamanlarda bu istiqamətlərdən hansının seçiləcəyi məlum olmalıdır.

İKSmedia.az

Oxşar məqalələr