Dünya paradokslarla doludur. Qərb və erməni KİV-ində başlayan və davam edən anti-Azərbaycan kampaniyasının fonunda Avropa Şurasının baş katibi Turbern Yaqland öz “Feysbuk” səhifəsində... Avropa Şurasına və şəxsən özünə olan hücumlardan şikayətlənib.
Siyasətçinin çıxışı üçün səbəb, onun şəxsi etirafına görə, haqqin.az və virtualaz.org portallarının rəhbəri Eynulla Fətullayevin "Biz Azərbaycanı Avropa Şurasından çıxmağa çağırırıq" məqaləsi (https: //haqqin.az / news/111784) olub.
Yaqland bildirir ki, son günlərdə Azərbaycanda ona hücumlarla Avropa Şurasına qarşı kütləvi və yaxşı təşkil olunmuş kampaniya başlanıb. Narazı baş katib iddia edir ki, Avropa Şurasının tarixində heç vaxt üzv dövlət tərəfindən seçilmiş baş katibə qarşı belə hücumlar olmayıb.
Sonra Yaqland "bloger" Fətullayevi, hansı ki, baş katibin fikrincə, ona və Avropa Şurasına qarşı ən güclü hücumlardan birinə cəlb olunub, xatırlayır, üstəlik, diplomat üçün yolverilməz ifadələrlə qiymətləndirmələr edir: Fətullayev həbsxanadan çıxandan sonra hökumətin qızğın müdafiəçisi olub. Baxmayaraq ki, "onun həyatını baş katib xilas edib".
Bu da hamısı deyil. Yaqland bildirir ki, həbsdən azad edilən "aktivistlər" Heydər Əliyevin heykəli qarşısında əyilməyə məcbur edilir və telekameralar bunu çəkir. Daha sonra Yaqland öz müraciətində Azərbaycan jurnalistini faktiki olaraq təhqirlərə məruz qoyur.
Amma Yaqland bununla da kifayətlənmir və Azərbaycanın rəhbərliyinin ünvanına açıq təhqirlərə keçir.
Bəli, Avropa Şurasının baş katibi öz anti-Azərbaycan mövqeyini gizlətmir və bildirir ki, artıq iki ildir Azərbaycandakı vəziyyətlə bağlı öz araşdırmasını aparır. Yaqland Avropa Məhkəməsinin Fransa, İtaliya və digər ölkələr tərəfindən icra olunmayanı minlərlə qətnamələrini unudur. Amma həmişə Azərbaycanı xatırlayır. Tərifəlayiq həvəsdir, amma onun arxasında nəyin durduğunu araşdırmaq pis olmazdı...
Ona görə "Biz Azərbaycanı Avropa Şurasından çıxmaq çağırırıq" məqaləsində qaldırılmış məsələ daha aktual xarakter alır. Həqiqətən də belə Avropa Şurasında, hansının ki, baş katibi əsas və fundamental Avropa dəyərlərini, indiki halda KİV, ifadə azadlığı və tolerantlıq ənənələrini açıq şəkildə pozur və tək özünün əvvəlcədən formalaşmış qərəzli mövqeyini ortaya qoymur, həm də üzv dövlətlərdən birinə münasibətdə aşkar düşmənçilik aparır, Azərbaycanın nə işi var?!
Haqqin.az və virtualaz.org Avropa Şurası baş katibinin, hücum nöqteyi-nəzərindən təhqiredici, çirkin və görünməmiş bəyanatına qayıdacaq.
Virtualaz.org