Azərbaycanda Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyası başa çatıb.
Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva KİV-ə bildirib ki, Aşura günü keçirilmiş qanvermə aksiyasında 3827 nəfər qan verib.
O qeyd edib ki, qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb.
***12:55
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam, Hacı Allahşükür Paşazadə Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib.
Virtualaz.org bildirir ki, QMİ sədri "Təzə Pir" məscidində qan verib.
Qanvermə aksiyasında QMİ sədri ilə yanaşı onun oğlu, habelə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dini icmaların rəhbərləri də iştirak ediblər.
Xatırladaq ki, bu gün QMİ-nin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda bölgələlər də daxil olmaqla, 17 məsciddə qanvermə aksiyası keçirilir.
B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva KİV-ə bildirib ki, saat 12.00-a qədər Azərbaycan üzrə 2500-dən çox insan qan verib.