Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalındakı Metina rayonunda PKK terrorçularının mövqelərinə zərbələr endirib.
Virtualaz.org-un Türkiyə KİV-inə istinadən məlumatına görə, hava zərbələri nəticəsində terrorçuların sığınacaqları, silah və döyüş sursatı anbarı məhv edilib.
Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.
Onu da q eyd edək ki, İraq Kürd Regional Hökumətinin 25 sentyabrda referendum keçirməsindən sonra Şimali İraqda gərginlik daha da artıb. Türkiyə bölgədə əməliyyatları genişləndirib.