Cənubi Qafqazda sular bir az da duruldu
Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu arasında VI üçtərəfli görüş keçirilib, Bakı Bəyannaməsi imzalanıb. Növbəti Bakı görüşü tərəflərin hərbi alyans yaratmaq yolunda atılan güclü addımla yadda qalıb. Əvvəlki üçtərəfli görüşlərində qəbul edilmiş Trabzon Bəyannaməsi, Batumi Birgə Kommunikesi, Gəncə, Qars və Тифлис bəyanatlarına sadiqliklərini bildirən tərəflər yeni Bakı Bəyannaməsini qəbul ediblər.
Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəklərini bir daha bəyan edən nazirlər regionda davam edən mövcud münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa xələl gətirdiyi və beynəlxalq hüququn qeyd olunmuş prinsipləri əsasında siyasi həll tələb etdiyini vurğulayıblar. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə münaqişənin və Gürcüstanda münaqişənin ən qısa zamanda beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həll edilməsinin labüdlüyü Bakı Bəyannaməsinin də mahiyyətini təşkil edir.
Bu görüş silsilə görüşlərin növbətisi olsa da BMT-nin 72-ci sessiyası ərəfəsində mühüm əhəmiyyət kəsb edirdi. Çünki, həmin tarixdə Nyu-Yorkda həm Ermənistan və Azərbaycan XİN başçılarının görüşü gözlənilir, həm də sessiyanın gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi salınıb. Bu mənada Bakı görüşünü İrəvana ciddi anons saymaq olar. Ona görə ki, regionun başlıca həll olunmayan problemi bu ölkə ilə bağlıdır. Ermənistan hər üç ölkənin arasında yerləşməklə taleyini təbii surətdə bu ölkələrə bağlayıb. Amma təəssüf ki, agılsız və təcavüzkar siyasətləri ilə hər üç dövlətlə böhranlı münasibətdədir. Azərbaycanın torpaqlarını işğal edib, Türkiyə və Gürcüstana ərazi iddiaları irəli sürüb. Gürcüstan ərazisinin bir hissəsini işğaл etmiş Rusiyanın bu fəaliyyətinə həmrəylik nümayiş etdirir. Bütün bu səbəblərdən də Cənubi Qafqaz dövlətlərinin keçirdikləri sammitlərdə kənarda qalır. Halbuki coğrafi yerləşməsinə görə Ermənistan bu görüşlərin 4-cü üzvü ola bilərdi.
Lakin Ermənistan yalnız kənarda saxlanılmayıb, o, iqtisadi blokadadır. Ölkənin siyasi və iqtisadi vəziyyəti ağırdır. Müstəqilliyi kağız üzərindədir. İqtisadiyyatı tam olaraq Rusiyadan asılı vəziyyətdədir. Xaricdəki erməni lobbisi və diasporu İrəvan hakimiyyətinə ianələr göndərərək əvəzində hökumətə hökm verir. Bu isə Rusiyadan sonra Ermənistan siyasi hakimiyyətinin asılı olduğu əlavə bir gücdür. Əgər Ermənistan qonşularına münasibətdə düzgün siyasət yürütməyi bacarsa idi, indi mənsub olduğu problemləri çoxdan həll etmiş olardı. Belə ki, Azərbaycandan Avropaya uzanan neft və qaz kəmərləri şəbəkəsi bu ölkənin ərazisindən keçməklə ona külli miqdarda tranzit gəliri gətirərdi. Layihələrin həyata keçməsində iştirakçı dövlət qismində digər dövlətlərlə münasibətlərinin faydalılıq əmsalını xeyli yüksəldə, əhalisi üçün yeni iş yerləri yarada və nəticə etibarilə xalqın maddi durumunu yaxşılaşdıra bilərdi. Digər tərəfdən özünə etibarlı investorlar qazanardı. Məsələn, Bakı-Tiflis-Qard dəmiryolunun çəkilişi zamanı Azərbaycan dost Gürcistana 750 milyon dollar эцзяштли kredit verib. Eynilə Ermənistan da bu cür kreditlərdən yararlana bilərdi. Ancaq ermənilərin bunu etməyə gücləri çatmadı.
Bu yaxınlarda rəsmi İrəvan öz hamisi Rusiyaya xəyanətdə bulunaraq NATO təlimlərində iştirak etməklə Qərbə tərəf meyillənmək eşqinə düşmüşdü. Bu “təhlükəli” arzusuna görə Rusiya onun yadına vassal olduğunu salaraq biabırçılıqla qərardan imtinaya məcbur etdi. Amma yaxşı olardı ki, Ermənistan rəhbərliyi özündə güc taparaq Qarabağ münaqişəsinin ədalətli həllinə qol qoysunlar. Bu, onların xeyir tapacaqları yeganə cəsarətli yoldur. Çünki, indi regionda sular xeyli durulub və Türkiyə, Azərbaycan və Gürcüstanın birliyi burada hər bir problemi həll etmək üçün yetərlidir. Ermənistanın bu birliyə qoşulması ona yalnız baş ucalığı və tərəqqi bəxş edər.
İKSmedia.az