Amma Qərbdən geri qalmayan Rusiyanın da suçu böyükdür
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbə heyəti ilə görüşündə Avropa və Rusiya rəsmilərinin verdikləri bəyannamələrin kağız üzərində qalmasından təəssüfləndiyini ifadə edib: “Bizim həmin sənədləri hüquqi öhdəlik şəklinə salmaq cəhdlərimiz Qərbdən olan həmkarlarımız tərəfindən rədd edilib. Mən əminəm ki, əgər bərabər və bölünməz təhlükəsizlik prinsipi doğrudan da hüquqi baxımdan məcburi formaya salınsaydı, hazırda Avropada olan bir çox münaqişələr çoxdan həllini tapardı”.
Rusiya XİN-in rəhbəri həmin münaqişələr sırasına Dağlıq Qarabağ və Dnestryanı ərazidəki münaqişələri дя aid edib və əlavə olaraq deyib: “Ukrayna böhranı isə heç baş verməzdi”.
Sergey Lavrovun bu sözləri deməsi tamamilə gözləniləndir, ona görə ki, o, dünyanın ən böyük və güclü dövlətлярinдян биринин xarici siyasi fəaliyyətinə rəhbərlik edir. Hətta kiçik dövləti təmsil edən siyasətçinin də belə danışması normal qəbul edilməlidir, çünki, həmin şəxs məhz siyasət yürüdür. Və təbii ki, S.Lavrov və ya hər hansı digər siyasətçi yenə normal olaraq öz nöqteyi nəzərindən çıxış edir. Bəs, digərlərinin fikri-düşüncəsi..? Axı, konkret olaraq dünya Rusiyadan, yaxud Lavrovdan ibarət deyil?! Məsələn, götürək, Qarabağın işğalı məsələsini.
Lavrov Avropanın və Rusiyanın bəyannamələrindən danışır. Qəribədir, meydanda işğalçı Ermənistan və torpağı işğal olunan Azərbaycan var. Amma yad dövlətlərin bəyannaməsindən söhbət gedir. Bu, birinci mənfi nüansdır. Qərb və Rusiya öz üzərinə guya ədalətli həll yolunu tapmaq kimi öhdəlik götürərək müəyyən dövrlərdə müxtəlif həll yolları irəli sürüblər. Amma heç vaxt işğalçı və işğala məruz qalanın mövqeyindən çıxış etməyiblər. Bu da ikinci mənfi nüansdır. Üçüncü mənfi nüans isə odur ki, hər dəfə Rusiya sülhməramlı qüvvələr adı ilə regiona öz qoşunlarını yeritmək istəyib, Qərb isə həmin sülhməramlı qüvvələr sırasında öz qoşunlarını da görmək istəyib. Bu səbəbdən də aradakı bəyannamələri hüquqi sənədə çevirməkdə bir-birlərinə mane olublar.
Sergey Lavrovdan soruşmaq yerinə düşər ki, əgər Ermənistanla Azərbaycan arasında sülh bağlanarsa, təbii ki, tərəflər öz üzərllərinə müəyyən öhdəliklər götürəcəklər. Şübhə yoxdur ki, atəşkəsi qorumaq sülh sazişinin əsas bəndlərindən biri olacaq. Bu bəndin qorunmasında tərəflərin öz maraqları olacaqsa, daha bundan ötrü üçüncü dövlətin qoşunlarının bölgəyə gətirilməsinə nə ehtiyac var. Açıq-aydın görünür ki, Rusiya Qafqazda özünün yeni hərbi bazası üçün Qarabağı obyekt seçib. Halbuki, Lavrov elə həmin görüşdə deyib ki, “…hadisələrin istənilən inkişaf variantında biz öz ölkəmizin təhlükəsizliyini və suverenliyini etibarlı şəkildə təmin edə bilərik”. Çox gözəl! Elə isə niyə siz sülhməramlı adı ilə Azərbaycan ərazisinə can atırsınız? Ermənistandakı iki güclü hərbi baza, Gürcüstanın işğal edilmiş ərazilərindəki qoşunlar və Rusiya Federasiyasının cənub sərhədləri boyunca yığdığınız qoşunlar bəs deyilmi?
Həm ABŞ, həm də Rusiya tərəfdən tez-tez bəyanatlar səslənir ki, bu iki dövlət Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün qarşılıqlı fəaliyyət göstərirlər. Amma özlərini kamil və güclü sayan bu dövlətlər 20 ildir ki, münaqişənin həlli yolu üzrə ortaq bir məxrəcə gəlməyi bacarmırlar. Elə isə onda niyə geri çəkilib meydanı münaqişə tərəflərinə vermirlər. Bunun səbəbini deməsələr də biz yaxşı bilirik: mühartibə tezliklə bitər, Azərbaycan Ermənistanla təkbətək danışıqlarda məsələni yoluna qoyub sülhə nail olar. Regiona dinclik və tərəqqi nəsib olar.
Yaxşı olar ki, Sergey Lavrov yalan danışanda gözaltı bir ətrafı da seyr etsin, görsün onun dediyi fikirlərə başqa dövlətlərin reaksiyası necə olur. Axı, hamı gözü ilə görür, qulağı ilə eşidir, ağlı ilə mühakimə yürüdür. Hadisənin içində olub onu yaşayanlar isə bütün qəyyumlardan daha dəqiq və ədalətli olurlar.
IKSmedia.az