AXTAR

Həmsədrlər düşmən təxribatına göz yumur

minsk

 

Azərbaycanın verdiyi cavabларын daha güclü və qətiyyətli olmaсы ermənilərə baha başa gəlir

Minsk qrupunun həmsədrləri çox şey görür, çox hadisənin şahidi olur, amma ya susur, ya da çeynənmiş ibarələrlə vaxtı yola verirlər. Bu günlərdə də hər üç həmsədr regionda olan vaxt insident baş verib. Düşmən tərəf adətinə xilaf çıxmayaraq təxribata əl atıb. Ermənilərin məqsədi aydındır: onlar təlimat üzrə kiminsə gözünə kül üfürmək istəyirlər ki, guya Azərbaycan tərəfi atəşkəsi pozur, danışıqlar prosesində əldə olunmuş “razılığa” əməl etmir. Lakin torpağı işğal olunan və ərazilərinin azadlığı uğrunda haqq mübarizəsi aparan Azərbaycan bu cür təxribatlardan geri çəkinmək fikrində deyil. Son həftənin iki günü ərzində düşmən bu cür hərəkətlərinə görə 6 nəfər əsgər itirib. Həmin ərəfədə Xankəndində və İrəvanda olan həmsədrlər cəbhədə olan durumu müzakirə ediblər. Lakin real durum haqda bircə kəlmə söz işlətməyiblər.
Ermənilərlə danışıqdan sonra həmsədrlər Bakıya gəliblər. Təbii ki, burada da durumu müzakirə edибlər. Ola bilər ki, bundan sonra regiona səfərlərinin yekunu barədə nə isə bəyanat verəcəklər. Amma bu, doğrudanmı bəyanat olacaq, yoxsa həmişəki heç nəyə yaramayan ümumi fikirlər, bunu zaman göstərəcək. Onların baş vermiş təxribatlarla əlaqədar erməni tərəfinin yalanlarına uyub (qəsdən ya qeyri-qəsdən bu, onların vicdanınadır) təhrif edilmiş informasiya vermələri də istisna edilmir. Çünki, belə hallar dəfələrlə olub.
Həmsədrlərin səfəri ilə üst-üstə düşən digər bir beynəlxalq məlumat da var. ABŞ-ın Helsinki
Komissiyası Qarabağa dair məruzəsində analoji mövqe ortaya qoyub: “Qarabağ münaqişəsində kövrək nə hərb, nə sülh vəziyyəti Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyə ciddi təhdidə çevrilib”. Məruzədə qeyd olunur ki, Qarabağ münaqişəsi dünya üzrə ən köhnə və çətin həll edilən ərazi və etnik mübahisələrdən biri olaraq qalmaqdadır.
Qarabağ münaqişəsi məruzədə “dondurulmuş” adlandırılmaqla yanaşı onun sürətlə alovlanan xarakterə malik olması qeyd edilir və 2016-cı ilin aprel döyüşləri buna sübut kimi göstərilir. Həmin hadisə məruzədə belə xatırlanır: “Keçmiş sovet məkanında ən hərbiləşmiş regionlardan birində hərbi əməliyyatlar beynəlxalq ictimaiyyəti qəfildən yaxaladı və status-kvonun nə qədər dayanıqsız olduğunu göstərdi”.
Ancaq məruzədə sətiraltı mənaları ifadə edən məqamlar var. Məsələn, yenə də cəbhədə hadisələrin təhqiqi mexanizmlərinin tətbiqi və müşahidəçilərin sayının artırılması məsələsindən bəhs edilir. Ancaq qeyd edilmir ki, həmin mexanizmlər cəbhədə yox, Ermənistanla Azərbaycanın dövlət sərhədləri boyunca yerləşdirilməlidir. Çünki, cəbhədə yerləşdirilməsi, düşmən tərəfindən Azərbaycanın ərazisi içərisində aparılmış süni bölgünün təsdiq edilməsi deməkdir. Buna isə Azərebaycan heç vaxt razı olmayacaq.
Beləliklə, Minsk qrupu həmsədrlərinin növbəti susqunluğu döyüş meydanında atəşlərin kəskinləşdiyi bir dövrdə baş verir. Bu da onların vasitəçilik missiyasını hansı dərəcədə yerinə yetirdiklərinin göstəricisidir. Nə etmək olar, hər kəs öz işini görür. Həmsədrlər özlərini bilməməzliyə vururlar, ermənilər mtəxribatlarını davam etdirirlər, Azərbaycanda addım-addım torpaqlarını azad etmək uğrunda vuruşur.

İKSmedia.az

Oxşar məqalələr